beyin

Beynimiz haqqında 13 maraqlı fakt

Baxış sayı: 1. 579
– İnsan beyninin ağırlığı təxminən 1.5 kiloqramdır.
– Bir insanın beynindən gündə ortalama 70 min düşüncə keçir.
– Lazım olan enerjini təmin etmək üçün beyinə dəqiqədə 3 kola qutusu qədər qan gəlir.
– Bir çox orqan yetkinlik dövrü bitdiyində son halını alır. Ancaq beynimiz, 40 yaşına gələnə qədər inkişafa davam edir.
– İnsan beynində ağrı hissi təmin edən alıcılar yoxdur. Bu səbəblə də beyin əməliyyatları xəstə oyaq ola-ola da edilə bilər.
– Bədənimizdəki bütün orqanlar kimi beyin də bəslənmədən təsirlənir.
– Beynimiz bədənimizdəki ən yağlı orqandır. Yüzdə altmışı yağdan meydana gəlir.
– Elm hələ də yuxunu necə gördüyümüzü tam açıqlaya bilmir. Nəzəriyyələr arasında ən məşhuru budur ki, beyin oyanıq ikən əldə etdiyi məlumatları bir yerə yığır.
– İnsan ən çox beyin hüceyrəsinə 2 yaşında ikən sahib olur. Daim yenilənmə getsə də heç vaxt bu rəqəmi tuta bilmirik.
– Keçmiş dövrlərdə beynin əhəmiyyətsiz bir orqan olduğu düşünülürdü. Mədə və ürəyə çox daha əhəmiyyət verilirdi. Hətta qədim Misirdə insanlar mumiyalayarkən beyinləri burunlarından çəkilərək çıxardılırdı.
– Qadınlar hamilə ikən beyinləri büzülərək bir miqdar kiçilir. Körpə doğulduqdan altı ay sonra beyin yenə köhnə böyüklüyünə qovuşur.
– İnsanın daha ağıllı olması ilə beyin böyüklüyü arasında bir əlaqə olmadığı tam sübut olunub.
– Araşdırmalara görə beyin, bütün həyatımız boyunca 1 kvadrilyon məlumat yığır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir