qoxu

Qoxu ilə ölüm arasındakı hansı əlaqə var?

Baxış sayı: 1. 248

Amerikanın Kolumbiya Universitetinin alimləri 65 yaşlı 1169 nəfərə təxminən 40 maddə qoxuladıblar. Daha sonra iştirakçılardan qoxuladıqları şeylərin nə olduğunu qeyd etmələri istənilib. Təcrübədə iştirak edən şəxslərin səhhətləri və həyat tərzləri haqqında araşdırma aparılıb. Qoxuları seçə bilməyən 349 nəfərin bir xəstəlikdən ya da qəza nəticəsində 4 il ərzində öldüyü təsbit edilib. Araşdırmaya imza atan professor Davangere Devanand ölüm riskinin qoxu hissəsini azaltdığını deyib. Alimlər qoxu hissinin azalmasının diaqnoz qoyulmamış ağır bir xəstəliyin xəbərçisi ola biləcəyini də deyirlər. Qoxu alma qabiliyyəti azalan şəxslər xarab olmuş yeməklərdən, qazdan boğulmadan və yanğından ölə bilərlər. Araşdırmanın nəticələri “Annals of Neurology” jurnalında yayımlanıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir