tort

“Laz böreyi” necə hazırlanır? - "ŞİRİN SÜFRƏ"

Baxış sayı: 519

“Gencaile.az” saytının vaxtaşırı instagram sosial şəbəkəsindəki my_ sweet_house_1” səhifəsinə istinadən oxucularına təqdim etdiyi Şirin süfrərubrikasında bu dəfə klassik türk mətbəxindən gələn, qat-qat xəmiri və ləzzətli kremi ilə seçilən “Laz böreyi”nin hazırlanma qaydasını təqdim edəcəyik.

 

Tərkibi:

Xəmir üçün:

3 ədəd hazır yuxa

100 qram kərə yağı

1/2 su stəkanı duru yağ

 

Krem üçün:

1 litr süd

2 yumurta sarısı

1 su stəkanı toz şəkər

1 çay stəkanı irmik

3 xörək qaşığı un

1 paket vanil

1 xörək qaşığı nişasta

 

Üzəri üçün:

1 yumurta sarısı

1 xörək qaşığı su

1 çimdik duz

 

Şərbət üçün:

2 su stəkanı toz şəkər

1,5 su stəkanı su

3-4 damcı limon suyu

 

Hazırlanması:

İlk olaraq kremi hazırlamaq üçün süd, yumurta sarısı, şəkər, irmik, un, nişasta və vanili bir qazana əlavə edib qarışdırın. Orta odda davamlı qarışdıraraq qatılaşana qədər bişirin. Qatılaşdıqda ocaqdan götürüb soyumağa qoyun.

Şərbət üçün şəkər və suyu qaynadın. 7-8 dəqiqə qaynadıqdan sonra limon suyunu əlavə edib bir neçə dəqiqə də bişirin. Şərbəti soyumağa buraxın.

Kərə yağı və duru yağı birlikdə əridin. Dərin soba qabını yağlayın və ilk yuxanı sərin. Üzərinə yağ qarışığından çəkin. İkinci yuxanı da eyni qaydada sərin. Hazırladığınız kremi yuxaların üzərinə bərabər şəkildə yayın. Üçüncü yuxanı da üstünə yerləşdirib, qalan yağla üzərini yağlayın.

Yumurtanın sarısı, su və duz qarışığını fırçayla yuxanın üzərinə çəkin. İstədiyiniz formada dilimlərə kəsin. Əvvəlcədən isidilmiş 180 dərəcə sobada üstü qızarana qədər, təxminən 30-35 dəqiqə bişirin.

Sobadan çıxan kimi soyudulmuş şərbəti üzərinə gəzdirin. Şərbəti hopması üçün bir neçə saat gözlədin.

Nuş olsun!

 

Damaq dadınıza uyğun tort və şirniyyatların sifarişi üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz:

https://www.instagram.com/my_sweet_house_1/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir