Kamerunda bir kəndin kralı olan gənc Orta Afrika ölkələrində hələ də davam edəm çoxarvadlılıq ənənəsinin ən qeyri-adi təcəssümüdür. Bafut bölgəsinə bağlı kənddəki qəbilə ənənələrinə görə, bir kral ölərsə yerinə vəliəhd olaraq gələn şəxs ölən kralın sahib olduğu bütün qadınları özünə arvad olaraq qəbul etməlidir. Məhz bu səbəbdən 11-ci kral olan Amibunun 72-si atasından qalmış 100 arvadı və 500 uşağı var. Kralın arvadları isə bir-birləri ilə yaxşı yola gedirlər.