film

Məşhur filmlərdə gözünüzdən qaçan 10 qəribə detal

Baxış sayı: 639

1) ”Harri Potter və Sirrli otaq” (2002) filmindəki azğın meymun

Professor Makqonaqall Hoqvartsa transfiqurasiya əsaslarını izah edərkən arxa fonda qəfəsin içində meymunun…özü ilə oynamasını görmək olur. Belə bir kardın filmdə qalması çox qəribədir. Böyük ehtimal, filmin rejissorları bunu gözdən qaçırıblar.

2)  “Döyüşçü klubu”nda (1999) “Starbaks” kofesi

Filmin rejissoru Devid Finçerin sözlərinə görə demək olar ki, hər səhnədə “Starbaks” kofesinə rast gəlmək olar. Onun sözlərinə görə buna səbəb reklamdan pul qazanmaq deyil. Finçer bunu şirkətin hər yerdə məşhur olması ilə bağlayır.

3) “Yad” (1979) filmində gizlənən ksenomorf

Riddli Skotun “Yad” filmi kino tarixinin ən möhtəşəm əsərlərindən biri sayılır. Lakin bu kinodada bir boşluğa rast gəlmək olar. Səhnələrindən birində pişiyi axtaran mexanik Semuel Brett kosmik gəminin ambarına daxil olur. Orada isə takelaj və zəncirlərin arasında isə ksenomorfun konturlarını görmək mümkündür.

4)  “Ağlagəlməz” (2009) filmində partlayıcının zərərləşdirilməsi

Bu kino şedevri boş yerə belə ad daşımır. Çünki orada bombanı “Microsoft Excel” ilə zərərsizləşdirməyə çalışırlar. Amma bu proqram o qədər də sadə deyil. Onun geniş funksiyaları var.

5) “Titanik”də (1997) qəmgin nağıl

Bir çoxumuz “Titanik” filminə baxıb. Səhnələrin birində irlandiyalı emiqrant qadın uşaqlarına nağıl deyir:

“Və onlar Tir na Noq ölkəsində 300 il xoşbəxt yaşayırlar. Əbədi gənclik və gözəllik ölkəsində”.

Qey etmək lazımdır ki, kelt əfsanələrində keçən bu cənnət adasına yol dənizin altından keçir…

6) “Con Uik – 2” filmindəki (2017) təəcübləndirən perfeksionizm

“Con Uik” və “Con Uik – 2” filmində iki identik səhnə var. O səhnələrdə baş qəhrəman “Kontinental” mehmanxanasına daxil olur. Filmdəki hadisələr arasından 4 gün keçir.

Faktiki olaraq isə, eyni shənə 3 il fərqlə çəkilib. Amma filmin rejissorları o səhnəni mümkün qədər identik etməyə çalışıblar. Hətta avtomobillər eyni qaydada durur.

7)  “İndiana Cons və aqibət məbədi” (1984) filmində insan dərisi

Bu macəra janrında ən məşhur filmərdən biridir. Orada diri insanın ürəyinin çıxarılması, meymun beynindən ziyafət kimi bir çox iyrənc səhnə ilə rastlaşmaq olar.

Amma bu səhnələrdən biri tamaşaçıların gözündən qaçıb.

Kadrlardan birində pəncərələrdə bir neçə cırılmış parçanın sallandığını görmək olar. Əslində isə bu parça yox, insanın üzərindən soyulmuş dərisidir.

8) “Ulduz döyüşləri: 1 Epizod – Gizli təhlükə” (1999) filmindəki əlaqə vasitəsi

Bu filmdə Kvay Qon Cinn mütəmadi olaraq portativ əlaqə vasitəsi olan komlinkdən istifadə edir. Onu ixtira edən rekvizitçilər çox düşünməyə ərinərək hamamotağına baxıblar.

Çünki həmin komlink üzərinə bir neçə metalik detal əlavə edilmiş “Gilette Sensor Excel” qadın ülkücüdür.

9) “Oxuduqdan sonra yandırmaq” (2009) filmində tanışlıq saytındakı pedofil

Filmin əvvəlində idman zalının əməkdaşı Linda Litske tanışlıq saytına girir. Bir neçə kadrda saytda “AlanM2007” adlı istifadəçinin səhifəsi peyda olur. Səhifədə təqdim edilmiş bilgilərə baxdıqda hər şey aydın olur.

10) Ron Ceremi “Kabus ovçuları” (1984) filmində

Bəli, bəli. Söhbət həmin pornoulduzdan gedir. Karyerasında ən çox böyüklər üçün filmlərdə çəkilən Ron bu filmdə epizodik yer alır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir