Pervin Bagirova

Yetkinlik dövründә riskli davaranışlar

Baxış sayı: 3. 239

Yeniyetmәlik dövrü risklәrlә doludur. Yeniyetmәlәr uşaqlıqdan yetkinliyә keçid dövründә baş verәn fiziki,cinsi, emosional dәyişikliklәrә uyğunlaşmaq üçün mübarizә apardıqca vә öz şәxsiyyәtlәrini inkişaf etdirdikcә, onları müxtәlif tәhlükәlәr әhatә edir. Valideynlәr bu tәhlükә vә risklәrdәn xәbәrdar olmalıdır. Gәnclәr arasında artan riskli davranışlar dövrümüzdә daha çox yayılmağa başlamışdır.

Yeniyetmәlәrin inkişaf dövründә gözlәyәn riskli davranışlara alkoqol vә narkotik istifadәsi, davranış pozuntuları, cinayәt meyllәri,intihara cәhdlәr vә aktivlik daxildir. Әslindә yeniyetmә olmaq bütün bu risklәri götürmәk demәkdir. Әn qısa zamanda böyümәk, yetkin olmaq istәyәn yeniyetmәlәr yaşadıqları cәmiyyәti tanımaq üçün tez vә qısa yollar axtarırlar. Yeniyetmә üçün risk etmәk çәtin deyil, çünki onlar özlәrinin dә var olduğunu iddia edәrәk öz hәrәkәtlәri vә gәlәcәk cәhdlәri ilә dünyaya meydan oxumağa çalışırlar. Hәmyaşıd qrupları yeniyetmәlәrdә riskli davranışların araşdırılması üçün ilk yerdir.”özün yoxla “ilә başlayan vә müqavimәt göstәrdiklәri zaman “Uşaq “,”anasının balası “ifadәlәri ilә davam edәn bu proses yeniyetmәnin fiziki vә ruhi sağlamlığına ciddi tәsir edәn nüanslardı.Yeniyetmә böyüklәrin rolunu asanlıqla öz üzәrinә götürmәyә imkan verәn davranışlara meyillidir. O,әlindә siqaret tutanda vә ya küçәdә yanından keçәn gәnc qızı әlә salan zaman saxta güc hiss edir. Onun güc hissi hәr şeyә nail olmaq qabiliyyәti, fiziki dәyişikliklәri ilә birlikdә riskli davranışlarına sәbәb olur. Sadә maraq kimi başlayan şey sonda güc nümayişinә çevrilir. Mәktәblәrdә, mәhәllәrdә, iş yerlәrindә formalaşan hәmyaşıd qrupları ortaq mәqsәdlәr, gözlәntilәr vә dәyәrlәr üzәrindә qurulur. Gәnclәr öz qruplarında rollar axtarır vә tapırlar. Bu rola uyğun davranışlar inkişaf etdirirlәr. Valideynlәrin yeniyetmәnin riskli davranışının qarşısını ala bilmәk üçün göstәrdiklәri sәylәr, ümumiyyәtlә, nәticәsiz qalmır. Yeniyetmәnin üzlәşdiyi maneәlәri, risklәri qabaqcadan görәn, yanaşmalarında ardıcıl ,anlayışlı olan ailәlәr tez nәticә әldә edirlәr.

Yeniyetmәlik dövrü hәr yeniyetmә üçün mütlәq tәlatümlü, çәtin  bir dövr deyil. Yeniyetmәlәrin әksәriyyәti bu dövrü ailәlәri daxilindә sakit, ahәngdar şәkildә, riskli davranışlara yol vermәdәn keçirir. Analar vә atalar ilk növbәdә yeniyetmәyә inanmalı, etibar etmәlidirlәr.

Övladlarına güvәnmәyә, onları potesial cinayәtkar kimi görәrәk detektivlik edәn ana, atalar övladlari ilә sağlam sevgi dolu münasibәt qura bilmirlәr. Mübhisәyә atılmayın övladınızı sәhv etmәkdә günahlandırmayın, onların fikirlәrinә diqqәt yetirin vә dinlәmәyi öyrәnin övladlarımıza sağlam psixoloji mühit yaradın.Güvәn, sevgi, hörmәt, mәnәvi dәyәrlәr ailәdәn başlayır, cәmiyyәtdә formalaşır. Tәmәli sağlam qoyaq ki, gәlәcәkdә “kaşki edәrdim “deyә cümlәlәr qurmayaq.

 

Psixoloq Pərvin Bağırova




1 şərh “Yetkinlik dövründә riskli davaranışlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir