Emine Tagiyeva

Stress və emosional tükənmə - PSİXOLOQ YAZIR

Baxış sayı: 691

Müasir dövrdə həm böyüklər, həm də gənclər arasında ən çox rast gəlinən psixoloji problemlərdən biri stress və onun davamı kimi yaranan emosional tükənmədir. Xüsusilə psixoloqlar, müəllimlər, tibb işçiləri və insanlarla sıx ünsiyyətdə olan mütəxəssislər bu problemdən daha çox  təsirlənir.

Stress insanın çətinliklərlə üzləşdiyi zaman yaşadığı daxili gərginlikdir. Bu, tamamilə normal və hər insanda olan bir reaksiyadır. Lakin stress uzun müddət davam edərsə, orqanizm yorulur və insan öz emosiyalarını idarə etməkdə çətinlik çəkir.

 

Emosional tükənmə nədir?

Emosional tükənmə  insanın davamlı stress nəticəsində həm psixoloji, həm də fiziki baxımdan yorulmasıdır. Bu zaman insan özündə gücsüzlük, istəksizlik, motivasiyanın azalması və işə qarşı soyuqluq hiss edə bilər.

 

Emosional tükənmənin əsas əlamətləri aşağıdakılardır:

*Hər gün özünü yorğun və gücsüz hiss etmək

*Əvvəllər sevdiyi işlərə həvəsin itməsi

*Diqqətin zəifləməsi və tez-tez unutqanlıq

*Əsəbilik və emosional həssaslıq

*İnsanlarla təmasdan yayınmaq istəyi

*Yuxu pozuntuları

 

Emosional tükənməni yaradan əsas səbəblər bunlardır:

°Uzunmüddətli stress

°Çox iş yükü və məsuliyyət

°Dəstək çatışmazlığı

°İş yerində qiymətləndirilməmək

°Emosional olaraq ağır insanlarla ünsiyyət

°Özünə vaxt ayırmamaq

Xüsusən psixoloqlar, müəllimlər və valideynlərlə sıx işləyən mütəxəssislər bu səbəblərə daha tez məruz qalır.

 

Emosional tükənmədən qorunmaq üçün aşağıdakı qaydalara əməl etmək lazımdır:

°Özünə vaxt ayırmaq, Həftədə heç olmasa bir neçə saat tam istirahət etmək

°Dəstək almaq, Duyğuları paylaşmaq, ailə və dostlarla danışmaq

°Hərəkət və idman, Bədən aktivliyi stress hormonlarını azaldır

°Məşğuliyyəti dəyişmək, Bəzən qısa fasilə və mühit dəyişikliyi çox kömək edir.

°Sərhəd qoymaq, Hər şeyə “bəli” deməmək, özünü yükləməmək

 

Psixoloq Əminə Tağıyeva




4 şərh “Stress və emosional tükənmə – PSİXOLOQ YAZIR

  1. Sevda Qulamova

    Məqalənin sonunda verdiyiniz məsləhətlər çox yaxşıdır. Hər kəsin həyatına daxil edə biləcəyi asan tətbiq edilə bilən tövsiyələrdi.

    Cavabla
  2. Nurlan Eyvazov

    Məncə, hamının oxuması lazım olan bir mövzudur, çünki hər kəs bu vəziyyətlə üzləşə bilər.

    Cavabla
  3. Könül Nuriyeva

    Bəzi işlərdə həqiqətən çox təzyiq hiss edirik. Bu yazı mənə özümü daha yaxşı idarə etməyə kömək edəcək, təşəkkürlər.

    Cavabla
  4. Nuridə

    Muasir dovrun muasir problemlerindendi. Evveller bele problem olmazdi. Zamane deyisdikce cetinlikler de yenilenib sanki

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir