Medine Mehemmedi-1

Serebral iflic zamanı nitq və beyin - MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 757

Srerbral iflic (Sİ) körpəlikdə və ya erkən uşaqliqda görünən və ömür boy davam edən  bədən hərəkətlərinə və əzələ kordinasiyasına təsir edən bir qrup nevroloji xəstəliklərə aiddir.Beyinin hərəkəti idarə etmək ,druşu və tarazliğı qorumaq qabiliyyətini pozan inkişaf edən beyin daxilindəki zədələnmələr və ya anormallıqlar nəticəsində yaranır .Serebral termini beyinə aiddir.İflic motor funksiyanın itirilməsi və ya pozulması deməkdir.

 

Beyində nə baş verir?

Beyinin əsasən hərəkəti idarə edən sahələr təsirlənir.Motor korteks zədələndikdə əzələlərin düzgün idarəsi çətinləşir .Ağ maddə zədənməsi sinir impulslarının ötürülməsini zəiflədir,bu da hərəkət və kordinasiya problemlərinə səbəb olur.Bazal qanglionlar və beyincik zədələndikdə isə əzələ tonusu,tarazliq və hərəkətlərin axıcılığı pozula bilər.

Bu zədələr nəticəsində beyin əzələlərə düzgün və vaxtında siqnal gədərə bilmir.Vacib məqam odur ki,zədə böyümür,lakin uşağın inkişafı zamanı bu təsirlər daha aydın görünür.

 

Beyində zədələnmə nə vaxt yaranır?

Əsasən hamiləlik,doğuş və doğuşdan sonrakı erkən uşaqlıq dövründə.

Hamiləlik zamanı baş verən infeksiyalar,ananın keçirtdiyi ağır xəstəliklər,oksigen çatışmamazlığı,yüksək təzyiq,bəzi dərman və toksinlər dölün beyin inkişafına mənfi təsir göstərə bilər.Bu dövürdə beyin inkişaf mərhələsində olduğu üçün risk hada yüksəkdir.

Doğuş zamanı uzun müddətli çətin doğuş,dölün oksigensiz qalması,vaxtından əvvəl doğuş və ya doğuş travmaları.Xüsusi ilə erkən doğuş zamanı körpələrdə beyinin ağ maddəsi daha həssas olur bu da beyin zədələnməsinə səbəb ola bilər.

Doğuşdan sonrakı ilk illərdə isə ağır infeksiyalar (meningit,ensefalit),yüksək qızdırma,Baş travmaları və boğulma halları beyin toxumasına zərər verə bilir.

 

Serebral İflicin növləri hansılardır?

Beyində zədənin yerləşdiyi sahəyə görə serebral iflic bir neçə növə ayrılır.

1) Spastik srebral iflic – ən çox rast gəlinən formadır.Əzələlərdə sərtlik və gərginlik olur,hərəkətlər məhdudlaşır.Bu növdə uşaqların yeriməsi,oturması və incə motor bacarıqları çətinləşə bilir.

2) Diskinetik serebral iflic – zaman qeyri-iradi , nəzarətsiz hərəkətlər müşahidə olunur.Əzələ tonusu daim dəyişir-bəzən çox sərt,bəzən isə həddindən artıq boş olur.

3) Ataksik serebral iflic – tarazlıq və kordinasiya pozuntuları ilə xarakterizə olunur.Uşaqların hərəkətləri qeyri-dəqiq, titrək və tarazlıq baxımından zəif.

4) Qarışıq tip serebral iflic – bu bir neçə növün əlamətlərinin birlikdə görülməsi ilə xarakterizə olunur.Ən çox spastik və diskinetik xüsusiyyətlər birgə müşahidə edilir.

serebral iflic

Gəlin nitq tərəfinə baxaq.Serebral iflicdə nitq pozulmaları xüsusi yer tutur.Belə ki, orta hesabla 70-80% təşkil edir.Nitq problemləri əsasən beyinin nitq və ağız-üz əzələlırinin idarə edən sahələrinin zədələnməsi ilə əlaqədardır.Bu zaman uşaq nə etmək istədiyini başa düşsədə,hərəkəti ifadə etməkdə çətinlik çəkir .Serebral iflici uşaqların nitqin sistemli inkişaf etməməsi nitqin bütün komponetlərini pozur:

NİL-nitq inkişaf gecikməsi

PNİL-psixi nitq inkişaf ləngiməsi (gecikmiş psixoverbal inkişaf)

Dizartriya-düzgün olmayan səs tələffüzü

Alaliya-nitqin yoxluğu və ya geriləməsi

Burada ən çox rast gəlinən problem dizartriyadır Dodaq,çənə və nəfəs əzələlərinin zəif kordinasiyası səbəbi ilə nitq qeyri-aydın ,ləng səsli olur.Bəzən tüpürcəyin idarə olunması , çeynəmə və udqunma zamanıda çətinliklərə rast gəlinir.

Dizartriyanın bir neçə növü var:

1) Bulbar

2) Psebdobulbar

3) Qabıq

4) Qabıqaltı

Daha nadir hallarda isə nitq apraksiyası ilə müşayyət edilir.

Vacib məqam odan ibarətdir ki,serebral iflicdə nitq problemi çox vaxt intelektlə bağlı deyil,motor nəzarətin çətinliyi ilə bağlı olur.Erkən loqopedik neyroinkişaf yönümlü müdaxilə nitqin və ünsiyyət bacarıqlarının inkişafında mühüm rol oynayır.

 

Mədinə Məhəmmədi

Defektoloq-loqoped




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir