Topuqlu ayaqqabı ağrısını necə aradan qaldırmaq olar?

Baxış sayı: 1. 579

Topuqlu ayaqqabılar xüsusilə işləyən qadınların tez-tez üstünlük verdiyi və bir o qədər də şikayət etdiyi amillər arasında ilk sırada gəlir.

Qadınlar topuqlu ayaqqabıya alternativ olaraq isə baletlərə üstünlük verir. İstər topuqlu, istərsə də düz, ayağın anatomik quruluşuna uyğun gəlməyən ayaqqabılar başda ayaq sağlamlığı olmaqla hərəkət pozğunluqları yaradaraq bütün bədənin sağlamlığına təsir edir. Klinik pilates üzrə təlimatçı Ayça Kaşıkçı bu təsirlərdən qorunmaq üçün praktik tövsiyələr verib.

Hər iki ayaqqabı çeşidinin də risklərini ayrı-ayrılıqda dəyərləndirən Kaşıkçının fikrincə, topuqlu ayaqqabı ağırlıq mərkəzini önə doğru itələdiyi üçün başda bel və onurğa sütunu olmaqla diz və baldır əzələlərinə təsir edərək ciddi problemlərin və dayanma pozğunluqlarının yaranması riskini yaradır.

Balet ayaqqabılar isə bütün bədənin ağırlığını topuqlara sürüşdürdüyü üçün xüsusilə bilək oynaqlarında, topuqlarda və ayaqlardan yuxarıya doğru istiqamətdə ombalarda ağrıların yaranmasına, ayaq dabanının hamarlaşmasına, sümük çıxmasına və düzdabanlılıq kimi deformasiyalara səbəb ola bilər. Sağlam bir bədən duruşunun ayaqların yerə sağlam basılmasından keçdiyini vurğulayan Kaşıkçının qənaətincə, iş yaşamında və günlük yaşamda topuqlu ayaqqabılardan və ya baletlərdən vazkeçə bilmiriksə, ayaq və bilək məşqlərini  gözardı etməməliyik. Bunlar hansı məşqlərdir?..

Ayağınızı yerə sağlam basın

Ayaqüstdə, ayaqlarınız yerə möhkəm basılı vəziyyətdə topuqlarınızın üzərində irəli-geri yellənmək, 10 addım irəli, 10 addım geriyə doğru gəzmək, tək ayaq üzərində sağa-sola doğru tullanmaq əsas hərəkətlərin başında gəlir. Bununla yanaşı baldırları qüvvətləndirən bütün hərəkətlər də ayaq sağlamlığının qorunmasına yardımçı olur.

Ayaqlarınızı masaj etməyi gözardı etməyin

Ayaqları masaj etmək də gözardı edilməməlidir. Hər gün bir əlinizlə digər ayağınızın daban çuxuruna dairəvi hərəkətlərlə yüngül təzyiq göstərərək masaj etsəniz, həm ayaqlarınızı rahatlatmış, həm də ayaq sağlamlığınızı qorumuş olacaqsınız.

Ayaq biləklərinin də rahatlamağa ehtiyacı var

Ayaq biləklərini rahatladan və ön ayağı çalışdıran hərəkətlər də topuqlu ayaqqabıların yol açdığı narahatlıqlara qarşı əhəmiyyətlidir. Xüsusilə evdə son dərəcə asan bir şəkildə edilə biləcək hərəkətlər isə bunlardır:

– Düz bir zəmində ayaqlarınızı düz uzadaraq oturun. Kürəyinizi düz tutmağa çalışaraq ayaqlarınızı bilək hissədən yuxarı-aşağı 10 dəfə oynadın. Bunu edərkən ayaqlarınız yerdən yüngülcə qalxmış vəziyyətdə olsun. Biləklərinizi yuxarıya doğru qaldığınız zaman baldır əzələlərinizin, aşağıya doğru saldığınız zaman ön alt ayaqlarınızın (qaval sümüyü) əzələlərinizn çalışdığını hiss edin.

– Mövqeyi qoruyaraq elastik pilates bantını, dəsmalı və ya bir kəməri əvvəl sağ ardından sol ayağınızın dabanının altından keçirərək, ayağınızı yüngülcə yerdən qaldırın (3-5 sm) və özünüzə doğru çəkin, 20-30 saniyə bu mövqedə dayanıb buraxın.

– Eyni mövqedə ayaq barmaqlarınızı kiçik barmağınızdan başlayaraq baş barmağınıza doğru bir-bir açın, sanki bir topu ayaq barmaqlarınızla yaxalamğa çalışın. İlk başda barmaqlar bir-birindən çətin ayrılacaqlar, ancaq məşqləri öyrəndikcə qüvvətlənəcəklər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir