Sevgilisinə görə 7 ildir ki, dayanacaqda yaşayır

Baxış sayı: 1. 436

İzmirdə sevgilisi tərəfindən tərk edilən, bu ayrılığın səbəbini öyrənə bilməyən, bu səbəbdən də həyatdan küsən Doğukan Kaya adlı gənc 7 ildir ki, bir avtobus dayanacağının üstündə yaşayır. Sevgilisi Doğukanı 2008-ci ildə İstanbulda tərk edib. O isə bu ayrılığa tab gətirmədiyi üçün İzmirə köçüb.

Yerli mediaya açıqlamasında Doğukan deyib ki, əslində bir qıza çox aşiq olandan sonra sanki dəli olub: “İndi də gecələr çox gəzirəm ki, özümü yorum. Onu düşünməyə vaxtım qalmasın, dayanacağa çatan kimi yuxum gəlsin, yatım. Bir dostumun hərdən etdiyi yardımlarla yaşamağa çalışıram. Görənlər çaşır, amma bu da mənim həyatım. Ayrılıqdan dəli olanlar var. Mən də sevgimin ucbatından dayanacaqda yaşayıram”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir