Müasir dövrdə oturaq həyat tərzi, stress, qeyri-düzgün qidalanma və fiziki passivlik bir çox sağlamlıq problemlərinin artmasına səbəb olur. Xüsusilə bel, boyun, diz və oynaq ağrıları artıq yalnız yaşlı nəslin deyil, gənclərin də tez-tez qarşılaşdığı problemlər sırasındadır. Bu kimi hallarda isə ən effektiv və təhlükəsiz müalicə üsullarından biri fizioterapiya və reabilitasiyadır.
Fizioterapiya nədir və niyə vacibdir?
Mövzu ilə bağlı danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin baş həkimi, terapevt və ailə həkimi Nərminə Abbasova bildirdi ki, fizioterapiya – hərəkət qabiliyyətinin bərpası, ağrıların azaldılması və fiziki funksiyaların yaxşılaşdırılması məqsədilə tətbiq olunan müalicə üsuludur.
N.Abbasovanın sözlərinə görə, bu sahə dərmansız və əksər hallarda cərrahiyyəsiz müalicə imkanları təqdim edir:
“Fizioterapiyanın əsas üstünlüklərindən biri xəstəliyin yalnız simptomlarını deyil, yaranma səbəbini də aradan qaldırmağa yönəlməsidir. Məsələn, uzun müddət kompüter qarşısında işləyən şəxslərdə yaranan boyun və bel ağrıları düzgün duruşun bərpası və xüsusi məşqlər vasitəsilə müalicə edilir. Bu sahə xüsusilə onurğa problemləri – skolioz, disk yırtığı və sair, travma və sınıqlardan sonrakı bərpa dövrü, əməliyyatlardan sonrakı reabilitasiya, idman zədələri, nevrologiya ilə bağlı hərəkət məhdudiyyətləri kimi hallarda böyük əhəmiyyət daşıyır.
Qeyde dim ki, fizioterapiya yalnız müalicə deyil, həm də profilaktik xarakter daşıyır. Oturaq həyat tərzi keçirən insanlar üçün düzgün hərəkət proqramları gələcəkdə yaranacaq ciddi problemlərin qarşısını ala bilər”.
Ailə həkimi reabilitasiya prosesinin necə aparılmasından da bəhs edib. Həkim deyir ki, reabilitasiya – xəstənin fiziki, funksional və sosial həyatına yenidən uyğunlaşmasını təmin edən mərhələli bir prosesdir:

“Bu proses hər xəstəyə fərdi yanaşma əsasında qurulur. Birincisi ilkin qiymətləndirmədir. Reabilitasiya prosesi həkim və ya fizioterapevt tərəfindən aparılan geniş müayinədən başlayır. Bu mərhələdə ağrının səviyyəsi müəyyən edilir, hərəkət diapazonu ölçülür, əzələ gücü və balans qiymətləndirilir, ümumi sağlamlıq vəziyyəti nəzərə alınır. Bu məlumatlar əsasında isə fərdi müalicə planı hazırlanır.
İkincisi fərdi müalicə proqramıdır. Hər bir xəstənin vəziyyəti fərqli olduğu üçün müalicə planı da fərdi şəkildə tərtib olunur. Proqrama müalicəvi idman hərəkətləri, manual terapiya, elektroterapiya, masaj prosedurları və fiziki aktivliyin tədricən artırılması daxil ola bilər. Məqsəd ağrını azaltmaqla yanaşı, zəifləmiş əzələləri gücləndirmək və hərəkət funksiyasını bərpa etməkdir.
Üçüncüsü aktiv müalicə mərhələsidir. Bu mərhələdə xəstə mütəmadi olaraq terapiya seanslarında iştirak edir. Davamlılıq və intizam reabilitasiyanın uğurlu nəticəsi üçün əsas şərtlərdəndir. Mütəxəssislər bildirirlər ki, yarımçıq saxlanılan müalicə prosesləri problemin yenidən qayıtmasına səbəb ola bilər.
Nəhayət dördüncüsü ev proqramı və nəzarətdir”.
Həkim qeyd etdi ki, reabilitasiya yalnız klinikada aparılan prosedurlarla məhdudlaşmır. Belə ki, xəstəyə ev şəraitində yerinə yetirməli olduğu məşqlər də verilir. Bu məşqlər sağalma prosesini sürətləndirir və əldə olunan nəticələrin qorunmasına kömək edir. Nərminə xanımın sözlərinə görə, müəyyən müddətdən sonra yenidən qiymətləndirmə aparılır və lazım gəldikdə müalicə proqramında dəyişiklik edilir:

“Son illərdə məktəblilər və tələbələr arasında onurğa problemlərinin artması mütəxəssisləri narahat edir. Uzun müddət telefon və kompüter istifadəsi düzgün olmayan oturuş vərdişlərini formalaşdırır. Bu isə gələcəkdə ciddi ortopedik problemlərə yol aça bilər.
Gün ərzində ən azı 30-40 dəqiqə fiziki aktivlik, düzgün oturuş qaydalarına riayət etmək və ağır çantaların daşınmamasını tövsiyə edirəm.
Nəticə etibarı ilə fizioterapiya və reabilitasiya müasir tibbin ən vacib sahələrindən biridir. Bu sahə insanlara yalnız ağrılardan azad olmağa deyil, həm də normal və aktiv həyata qayıtmağa imkan yaradır. Erkən diaqnoz, düzgün müalicə planı və pasiyentin intizamlı yanaşması uğurlu nəticənin əsas şərtidir.
Sağlam hərəkət sağlam həyat deməkdir. Hərəkəti qorumaq isə hər birimizin öz əlindədir”
Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.












































































































































































