Bəzən olur ki, biziə lazım ola əşyalar büdcəmizə uyğun olmur, ya da bizə verəcəyi fayda qiymətindən dəfələrlə az olur. Bu zaman alternativ yollar axtarırırq. Belə zamanlarda ən ideal variant həmin əşyaların ikinci əl satışına üz tutmaqdır. Lakin burada qazanmaq istəyiriksə, diqqət edəcəyimiz məqamlar da var. İkinci əl əşyaları alarkən onların aşağıdakı xüsusiyyətlərinə diqqət etməliyik.
1) Orjinallığına
2) İşləkliyinə
3) Funksionallığına
4) Qiymətinə
5) Transfer və ya çatdırılmasına
6) Bizə çatma müdətinə
Əgər məhsul orjinal deyilsə, ikinci əl olması bizi qabağa salmaqdan dah çox geriyə sala bilər. Orjinal olmadığı üçün işimizi keyfiyyətli görməmək ehtimalını araşdırmaq lazımdır.
İşləkliyi – ola bilər ki, əşya ikinci əldir, sadəcə bir və ya bir-iki dəfə istifadə olunmasına baxmayaraq uzun müddət istifadəsiz qaldığı üçün işlək deyil və ya bizim işimizi görəcək qədər keyfiyyətlə işləmir.

Funksionallığı – alınacaq əşyanın ikinci əl və ucuz olduğu üçün almaqdan öncə bizim üçün nə qədər funksional olduğunu dəyərləndirməliyik.
Qiyməti – ikinciəl olmasına baxmayaraq qiyməti orjinaldan çox az fərqlənirsə o zaman elə orjinalın özünü almaq daha sərfəlidir.
Transfer və çatdırılması – Alacağımız əşyanın daşınma xərci və təhlükəsizliyi önəmlidir. Əgər məhsul bizə təhlükəsiz şəkildəgəlməsi sual altındadırsa və ya daşınma xərcəlri baha başa gəlirsə, bu zaman da ikinc əl bizə sərf etməyəcək.
Çatdırılma müddəti – bəzən olur ki axtardığımız əşya və ya məhsulu yaxın ərazidən tapa bilmirik. Uzaq məsafədən uyğun qiymətə tapdığımız əşyanın bizə gəlib çatması xeyli vaxt tələb edə bilər. Düşünün ki, istədiyiniz gəlinlik paltarını uyğun qiymətə və istədiyiniz ölçüdə tapmısınız, amma sizə çatma müddəti təyin olunmuş toy tarixindən sonraya düşürsə, bu zaman da tapdığımız əşya işimizə yaramayacaq.
Bu nüansları nəzərə alaraq həm funkisonllığı, həm çatdırlma təhlükəsizliyi, həm çatdırılma müddəti uyğun gələn ikinci əl əşyalardan istifadə etmək büdcəmizə və işimizə yaraya bilər.
Endirimlər zamanı isə məhsullar sırf endirimə düşüb ucuzdur deyə xoşuma gəldi aldım pronsipi ilə deyil, bizim üçün həqiqətən də lazım olan, faydalı əşyaların endirimdə olduğu zaman alması daha faydalıdır.
Bunun üçün il bəzən il boyu lazım olan əşya və məhsulların siyahısını tutaraq il boyu keçirilən endirim aksiyalarından istifadə edərək onları əldə etməyə çalışmaq olar.
Ruzanna Bəşirova
Xərclər üzrə konsultant








































































































































































