default-gencaile

"Gencaile.az" mənim üçün... - MÜƏLLİFLƏRİN DİLİNDƏN

Baxış sayı: 539

Azərbaycanın yeganə ailə saytı olan “Gencaile.az” artıq 13 ildir ki, ailə, münasibətlər, psixologiya, sağlamlıq, hüquq, uşaq tərbiyəsi və cəmiyyət üçün önəmli olan bir çox mövzuda oxucularına faydalı və düşündürücü yazılar təqdim edir. Bu illər ərzində saytın səhifələrində çoxsaylı mütəxəssislərin, ekspertlərin və müəlliflərin fikirlərinə yer verilib.

Onların arasında “Gencaile.az” ilə uzun müddətdir əməkdaşlıq edən, müxtəlif mövzularda öz bilik və təcrübələrini oxucularla bölüşən mütəxəssislər də var. Onlar artıq saytın 13 illik yolunun bir hissəsinə çevriliblər.

Təbii ki, illər ərzində “Gencaile.az” saytına yeni müəlliflər də qoşulub və hər biri saytın inkişafına öz töhfəsini verir. Bu dəfə isə 13 illik fəaliyyət münasibətilə məhz uzun müddətdir “Gencaile.az”la əməkdaşlıq edən mütəxəssislərə müraciət etdik.

Onlardan bir cümləni tamamlamalarını istədik:

““Gencaile.az” mənim üçün…”

Hər biri bu cümləni öz təcrübəsinə, saytla əməkdaşlıq etdiyi illərə və Gencaile.az-la bağlı düşüncələrinə əsasən tamamladı.

Fərqli fikirlər, fərqli xatirələr, amma eyni ünvana aid səmimi cümlələr…

Nermine Abbasova

Nərminə Abbasova (Terapevt, ailə həkimi):

“Bir terapevt və ailə həkimi kimi gündəlik fəaliyyətimdə ailənin sağlamlığının yalnız xəstəliklərin müalicəsindən ibarət olmadığını görürəm. Sağlam ailə həm də düzgün məlumat, maarifləndirmə və bir-birinə qayğı üzərində qurulur. Bu baxımdan “Gencaile.az” saytını ailələr üçün faydalı və etibarlı informasiya məkanı kimi qiymətləndirirəm.”Gencaile.az” illərdir sağlamlıqdan psixologiyaya, ailə münasibətlərindən uşaqların tərbiyəsinə qədər müxtəlif mövzularda oxuculara məlumat çatdırır. Mənim üçün bu platformanın əsas üstünlüklərindən biri mürəkkəb məsələləri insanların gündəlik həyatına yaxın, anlaşılan dildə təqdim etməsidir. Həkim kimi hesab edirəm ki, cəmiyyətin sağlamlığında maarifləndirici medianın da özünəməxsus rolu var. İnsan doğru məlumat əldə etdikcə öz sağlamlığına və ailə üzvlərinin sağlamlığına daha məsuliyyətlə yanaşmağa başlayır. “Gencaile.az” saytı ilə son 5-6 ildə fasiləsiz əməkdaşlıq edən bir həkim kimi 13 illik fəaliyyətini təbrik edir, sayta bundan sonra da ailələr üçün faydalı, maarifləndirici və etibarlı bir platforma kimi fəaliyyətini davam etdirməyi arzulayıram.”

ramide O

Ramidə Oktayqızı (Orvita Psixoloji Reabilitasiya Mərkəzinin və Orvita Autizm Evinin  təsisçisi və direktoru, Psixologiya üzrə fəlsəfə doktoru):

Bəşər yaranandan insanlar məlumatları, elmi məqalələri müxtəlif vasitələrlə əldə ediblər. Texnologiyanın inkişafı, informasiyanın sürətli yayımına öz müsbət təsirini göstərməyə başladı. Bunlardan birisə saytların inkişafı oldu ki, məlumatlar, məqalələr və s hadisələr insanlar üçün əlçatan etdi. İllərdir  ölkəmizin aparıcı, düzgün və maarifləndirmə yönündə fəaliyyət göstərən “Gencaile.az” saytı ən yaxın ünvanımız oldu.”Bu sayt vasitəsilə fikir və düşüncələrimizi, təcrübələrimizi paylaşaraq minlərlə insana çata bidik. Eyni zamanda həm də, öyrəndik, yeni oxucular qazandıq, dostlar qazandıq. “Gencaile.az” mənim və Orvita PRM-in sevimlisinə çevrildi. Yaranmasının  13-cü ilini qeyd edən sayta, rəhbərliyinə və komandasına daha uzun ömür diləyirəm. Daimi oxucu bolluğu, maraqlı qalmağı və daimi yeniliklərlə insanların həyatında, inkişafında, özünütanımasında, fərqində olmasına vəsilə olmağınızı arzulayıram. Komandanıza səbr, sevgi və qələminizin iti olmasını diləyirəm. Həyat yaşandıqca və paylaşdıqca gözəlləşir. Sizə də paylaşaraq, bölüşərək sevinci anlarınızın boll olmasını arzulayıram.”

almara

Almara Ağaqızı (PRİM – Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin direktoru, psixoloq):

“”Gencaile.az” saytı mənim üçün yalnız bir xəbər və informasiya platforması deyil, eyni zamanda fikirlərimin, peşəkar yanaşmalarımın və psixoloji mövzularda qələmə aldığım məqalələrin oxucularla görüşdüyü dəyərli bir məkandır. Bu saytı Tural müəllim vasitəsilə tanımışam və buna görə ona xüsusi təşəkkürümü bildirmək istəyirəm. Məqalələrimə göstərilən diqqət, düşüncələrimin geniş auditoriyaya çatdırılması və psixoloji mövzulara həssas yanaşılması mənim üçün çox dəyərlidir. Bir müəllif üçün yazdıqlarının sadəcə yayımlanması deyil, dəyər görməsi və doğru oxucuya çatması da xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan “Gencaile.az” mənim üçün artıq doğma və etibarlı bir media ünvanıdır. Təsadüfi deyil ki, bu saytda məqalələrim artıq uzun müddətdir “PRİMera” rubrikası çərçivəsində yayımlanır. 13 yaş münasibətilə saytın bütün kollektivini, tebrık edirəm. Sizə yeni uğurlar, daha geniş oxucu auditoriyası və uzun illər davam edən səmərəli fəaliyyət arzulayıram. Yaxşı ki varsınız, 13 yaşınız mübarək!”

Gunay Ismayilova

Günay İsmayılova (“İnclusive Edu Academy” şirkətinin rəhbəri, İnklüziv təhsil mütəxəssisi, ADPK-nin müəllimi):

“Bu gün gənc ailələrə yol göstərən, kişi-qadın münasibətlərində diqqət olunmalı əsas məqamları vurğulayam, övlad tərbiyəsinin və sağlamlığının prioritetlərini göstərən, inklüziv cəmiyyətin inkişafına dəstək olan platformalar, saytlar sırasında özünəməcsus yer titan Gənc ailəni təbrik edirəm. 13 yaşınız mübarək! Əməkdaşlıq etdiyiniz mütəxəssislər öz sahələrində əldə etdikləri təcrübələrini sizin vasitənizlə cəmiyyətimizə çatdırır. Artıq 3-cü ildir ki, böyük həvəslə və həyəcanla sizinlə əməkdaşlıq edirəm. Sayənizdə cəmiyyətimizdə inklüzivliyin aktuallaşması, xüsusi təhsil ehtiyacı olan uşaqlara ysnaşma, valideyinlərin yaşadıqları bəzi çətinliklər daha aydın görünür. Ümumiyyətlə sizin özəlliyiniz mütəxəssislərlə oxucular arasında əlaqənin olmasıdır. Bu fikir mübafiləsini yaradır, yeni araşdırmalara zəmin yaradır.  Uğurlarınız daim olsun!.”

Serafet Sirinli

Şərafət Şirinli (Klinik psixoloq, EMDR terapevt, ailə psixoloqu,“Rebrain Academy”nin rəhbəri):

“İki il əvvəl “Gencaile.az” ilə əməkdaşlığa başlayanda bu platformanın mənim üçün zamanla belə doğma və dəyərli bir məkana çevriləcəyini düşünməzdim. Bu əməkdaşlığın arxasında xüsusi bir insanın – Tural müəllimin böyük rolu var. Onun peşəkarlığı, insanlara və mövzuya yanaşması, fərqli fikirlərə açıq olması mənim üçün hər zaman çox qiymətli olub. Tural müəllim psixologiya kimi həssas və insan həyatına birbaşa toxunan mövzuların cəmiyyətə çatdırılmasına həqiqətən önəm verir. Son iki ildə burada psixologiya, ailə münasibətləri, uşaqlar, insanın daxili dünyası və həyatımızda fərqinə varmadan yaratdığımız davranış modelləri haqqında yazmaq mənim üçün sadəcə məqalə hazırlamaq olmayıb. Hər yazıda oxucunu düşündürmək, bəzən özünə başqa tərəfdən baxmağa sövq etmək istəmişəm. Mənim üçün yaxşı yazının ən böyük dəyəri də budur: insan yazını oxuyub sadəcə məlumat almamalı, öz həyatından nəyisə orada görməlidir. “Gencaile.az” mənim üçün məhz belə bir platformadır – insanla insan arasında söz vasitəsilə qurulan bir körpü. 13 illik yubileyi münasibətilə “Gencaile.az”ı və bu platformanın arxasında dayanan bütün yaradıcı heyəti ürəkdən təbrik edirəm. Xüsusilə Tural müəllimə bu etimad və gözəl əməkdaşlıq üçün təşəkkür edirəm. Qoy bundan sonra da “Gencaile.az” insanlara yalnız oxumaq üçün deyil, düşünmək, hiss etmək və öz həyatlarına yeni gözlə baxmaq üçün səbəb versin. 13 yaşın mübarək, “Gencaile.az”!”
Qumru Eyvazova

Vəkil Qumru Eyvazova (Vəkillər Kollegiyasının üzvü):

““Gencaile.az” saytı mənim üçün peşəkar fəaliyyətimin ilk illərindən etibarən öz fikirlərimi və hüquqi biliklərimi oxucularla bölüşdüyüm doğma bir platformadır. Vəkillik fəaliyyətinə yeni başladığım dövrdə hüquqi məqalələrimi məhz bu saytda paylaşırdım və zaman keçdikcə həmin yazılar vasitəsilə daha geniş auditoriya məni tanımağa başladı. Bu baxımdan “Gencaile.az” mənim üçün sadəcə bir xəbər saytı deyil, peşəkar yolumun və inkişafımın bir parçasıdır. 13 yaşınız mübarək!”

Gultekin Sehhet

Gültəkin Səhhət (Psixoloq, sensor inteqrasiya üzrə təlimçi):

“Bu sayt mənim üçün illərdir sağlamlıq, psixologiya və ailə münasibətləri ilə bağlı faydalı və doğru məlumatların ünvanıdır. Xüsusilə insanların gündəlik həyatında qarşılaşdığı müxtəlif məsələlərə mütəxəssis yanaşmasının təqdim olunması bu platformanı dəyərli edən əsas məqamlardan biridir. Oxucuların maariflənməsinə, ailə və cəmiyyət üçün önəmli mövzuların gündəmə gətirilməsinə xidmət edən belə bir platformanın fəaliyyətini davam etdirməsi olduqca əhəmiyyətlidir. Bu gün 13 yaşını qeyd edən bu dəyərli platformanın bir parçası olmaq və “Səhhət” rubrikasında öz bilik və təcrübəmi oxucularla bölüşmək mənim üçün ayrıca xoşdur. Hər bir mütəxəssis üçün öz fikirlərini geniş auditoriyaya çatdırmaq, insanlara faydalı ola biləcək məlumatları paylaşmaq və maarifləndirməyə töhfə vermək çox qiymətlidir. “Gencaile.az” da bu baxımdan özünəməxsus yeri olan media platformalarındandır. İnanıram ki, sözügedən sayt bundan sonra da sağlamlıq, psixologiya və ailə ilə bağlı aktual mövzuları işıqlandıraraq oxucularına faydalı məlumatlar təqdim edəcək, cəmiyyətimizdə maarifləndirməyə və sağlam düşüncənin formalaşmasına öz töhfəsini verəcək. 13 yaşınız mübarək, “Gencaile.az”! Sizə yeni yaradıcılıq uğurları, daim artan oxucu auditoriyası və uzun illər davam edən uğurlu fəaliyyət arzulayıram.”

Zehra Eskerzade

Zəhra Əskərzadə (Kişi-qadın münasibətləri üzrə kouç/mütəxəssis):

“”Gencaile.az” saytı mənim üçün təkcə fikirlərimi paylaşdığım bir platforma deyil, həm də peşəkar fəaliyyətimdə insanlara, ailələrə və münasibətlərə toxuna bildiyim etibarlı bir məkandır. Bir kouç olaraq, hazırladığım məqalələrin oxucuya belə doğma, saf və təbii şəkildə çatması mənim üçün bu platformanı sadəcə sıradan bir media saytı deyil, cəmiyyətə fayda verən işıqlı bir körpü edir. Həmçinin, bu sayt, yazdıqlarımın doğru insanlara çatmasında və fərdi inkişafın təbliğində mənim ən doğma tərəfdaşımdır.”

Sahnaz M

Şahnaz Mehdiyeva (Uşaq psixoloqu, tərbiyəçi müəllim):

“Bir psixoloq kimi deyə bilərəm ki, “Gencaile.az” mənim üçün yalnız məlumat paylaşan bir sayt deyil. İnsanların ailə, münasibətlər, valideynlik, uşaqlar və özünü tanıma ilə bağlı suallarına toxunan, cəmiyyətin psixoloji maariflənməsinə xidmət edən bir platformadır. Psixoloq üçün ən vacib məsələlərdən biri insanın özünü, hisslərini və münasibətlərini daha yaxşı anlamasına kömək etməkdir. “Gencaile.az” da məhz bu baxımdan mənim üçün dəyərlidir — çünki bəzən bir düzgün sual, bir maarifləndirici yazı və ya bir mütəxəssisin fikri insanın öz həyatına başqa tərəfdən baxmasına səbəb ola bilər. Mənim üçün bu platforma psixoloji biliklərin cəmiyyətə çatdırıldığı, ailə münasibətlərinin daha sağlam qurulmasına, valideynlərin uşaqları daha yaxşı anlamasına və insanların öz daxili dünyalarına diqqət yetirməsinə imkan yaradan bir körpüdür. 13 il ərzində insanlara toxunan, düşündürən və maarifləndirən “Gencaile.az”a yeni uğurlar arzulayıram. 13 yaşın mübarək!”

Atlaz Mohsumova

Atlaz Möhsümova (Pediatr):

“Bu sayt mənim üçün bir həkim kimi yalnız bir tibbi maarifləndirmə platforması deyil, həm də gənc ailələrin sağlam, savadlı və həyəcansız bir mühitdə addımlamasına dəstək olan etibarlı bir bələdçidir. Tibbi fəaliyyətim boyunca dəfələrlə şahidi olmuşam ki, valideynlərin, xüsusilə də körpə böyüdən anaların düzgün və elmi əsaslara söykənən məlumata ehtiyacı nə qədər böyükdür. İnternet məkanında dolaşan ziddiyyətli və dəqiqləşdirilməmiş məlumatlar fonunda “Gencaile.az” platformasının təqdim etdiyi dürüst, aydın və həkim məsləhətinə əsaslanan məzmunlar əvəzsizdir. Bu sayt vasitəsilə biz hkimlər pasiyentlərimizlə daha yaxın ünsiyyət qurur, uşaqların fiziki və psixoloji inkişafı, düzgün qidalanma, profilaktik müayinələr və immunlaşdırma kimi həyati vacib mövzuları geniş kütləyə çatdıra bilirik. Ailə dəyərlərini qoruyan, uşaqlarımızın sağlam gələcəyini düşünən və həkim əməyinə dəyər verən bu layihəyə görə bütün komandaya dərin təşəkkürümü bildirirəm. “Gencaile.az” portalının maarifləndirmə missiyasının daha da genişlənməsini, hər bir ailənin ən çox müraciət etdiyi, güvəndiyi ilk tibbi-maarifləndirici mənbə olaraq uğurlarının davamlı olmasını arzulayıram.”

Mensure Qehremanova

Mənsurə Qəhrəmanova (Psixoloq-pedaqoq, Uşaq İnkişaf Mütəxəssisi, “Yurd” İnklüziv İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri):

“”“Gencaile.az” saytı mənim üçün ailə, münasibətlər,valideynlik və insan psixologiyası haqqında faydalı, düşündürücü və maarifləndirici məlumatların ünvanıdır.13 il ərzində öz oxucularını müxtəlif mövzularda məlumatlandıran,ailə dəyərlərinə və sağlam münasibətlərə diqqət çəkən belə bir platformanın fəaliyyətini yüksək qiymətləndirirəm. Arzu edirəm ki,sayt bundan sonra da insanların həyatına toxunan,ailələrin möhkəmlənməsinə,valideynlərin daha doğru yanaşmalar formalaşdırmasına və cəmiyyətimizdə sağlam münasibətlərin inkişafına töhfə verən uğurlu fəaliyyətini davam etdirsin.13 yaşınız mübarək, “Gencaile.az”! Daha böyük uğurlara doğru!”

Medine Mehemmedi-1

Mədinə Məhəmmədi (Defektoloq-loqoped):

““Gencaile.az” mənim üçün…” özümü bir mütəxəssis kimi ifadə edə bildiyim, peşəkar biliklərimi cəmiyyətlə bölüşmək və faydalı mövzulara toxunmaq imkanı yaradan platformalardan biridir. Burada məqalə ilə çıxış etmək mənim üçün həm xoş təcrübə, həm də peşəkar inkişaf yolumda dəyərli bir addım olub. 13 il ərzində gənclərin və cəmiyyətin maraq dairəsində olan mövzulara yer verən “Gencaile.az”a yeni uğurlar arzulayıram. 13 yaşınız mübarək!”

Fazile C

Fazilə İnqilabqızı (Psixoloq, refleksoloq, Tərəqqi Academy FN-nin rəhbəri):

“Mənə görə “Gencaile.az” saytı hər bir  insanın, özünə və həyata daha geniş  gözlə baxmağa başladığı bir pəncərədir. Bəzən bir cümlə, bir məqalə və ya bir mütəxəssisin fikri insanın daxilində uzun müddət axtardığı cavabı tapmasına səbəb ola bilər. Mən bu platformanı məhz insanlara toxunan, düşündürən və fayda yaradan belə bir məkan kimi görürəm. Bəzən  sözlərin ailələrə, düşüncələrin isə insanlara toxunduğu bir məkandır.”

efzeleddin R

PhD. Əfzələddin Rəhimli (İlahiyyat üzrə Fəlsəfə doktoru, Peşəkar ailə psixoloqu, dosent):

“Bu sayt ailə, valideynlik, psixologiya və sosial münasibətlər kimi cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan mövzuları işıqlandıran dəyərli informasiya platformasıdır. Onun müstəqil Azərbaycanımızın dəyərli xalqının mənəvi və psixoloji sağlamlığında çox önəmli və əvəzolunmaz rolunu inkar etmək mümkün deyildir. Qeyd olunan sayt, bir millət olaraq ailə mənəviyyatımızın zəngiinləşməsinə xidmət göstərir. Bu olduqca möhtəşəm bir təsirə malikdir. Saytın maarifləndirici məzmunu ailə institutunun möhkəmləndirilməsi, valideynlərin məlumatlılığının artırılması və sağlam münasibətlərin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə gündəlik həyatda qarşılaşdığımız ailə və tərbiyə məsələlərinin mütəxəssis yanaşmaları ilə təqdim edilməsi təqdirəlayiqdir. Bu cür təşəbbüslər cəmiyyətin psixoloji və sosial rifahına xidmət edir. “Gəncaile.az” saytına inkişafında davamlı uğurlar arzulayıram.”

Nurane Serifova

Nuranə Şərifova (“StartSmile academy”nin təsisçi direktoru, psixoloq):

“”Gencaile.az” saytı mənim üçün valideynlərə doğru məlumat çatdıran, ailə və uşaq dünyasına fərqli baxış qazandıran faydalı bir platformadır. Psixoloq kimi düşünürəm ki, valideynin düzgün məlumatlandırılması uşağın inkişafında çox önəmlidir. Bu baxımdan “Gencaile.az”ın illərdir ailələr üçün faydalı məlumatlar paylaşması çox dəyərlidir. 13 yaşınız mübarək!”

Rena Bayramova 1

Rəna Bayramova (Pediatr, Uşaq Kardioloqu, Ailə həkimi, Kliniki Dietoloq, Misir və Rusiya Dietoloqlar Assosiasiyasının üzvü):

“Bir həkim və ana kimi ailənin, uşaqların sağlamlığının və xoşbəxtliyinin nə qədər vacib olduğunu yaxşı anlayıram. İnanıram ki, “Gencaile.az” bundan sonra da cəmiyyətimiz üçün faydalı olacaq, ailələrə dəstək verəcək və oxucularının həyatında mühüm yer tutmağa davam edəcək. Saytın 13 yaşı münasibətilə, Tural bəy, sizi və bütün kollektivinizi ürəkdən təbrik edirəm! Sizə yeni uğurlar, bol oxucu və uzun illər davam edən gözəl fəaliyyət arzulayıram.”

Gulnare Imanova

Gülnarə İmanova (Çinar Psixologiya Reablitasiya və İnkişaf Mərkəzinin rəhbəri, kliniki psixoloq):

“Bu sayt mənim üçün illərdir psixologiya və ailə münasibətləri ilə bağlı faydalı məlumatların insanlara çatdırıldığı, mütəxəssislərlə oxucuları bir araya gətirən dəyərli bir məkandır. Saytın müxtəlif mövzulara yer verməsi, insanların gündəlik həyatında qarşılaşdığı psixoloji məsələlərə diqqət çəkməsi və bu mövzuları daha anlaşıqlı şəkildə təqdim etməsi xüsusi əhəmiyyət daşıyır. Bir psixoloq olaraq belə bir məkanda mütəxəssislərin öz bilik və təcrübələrini bölüşməsi, cəmiyyətin psixoloji maariflənməsinə töhfə verməsi mənim üçün də önəmlidir. Düşünürəm ki, psixoloji sağlamlıq haqqında düzgün məlumatın əlçatan olması insanların özlərini və ətrafındakı insanları daha yaxşı anlamasına, münasibətlərə daha sağlam yanaşmasına kömək edir. “Gencaile.az”ın 13 il ərzində öz fəaliyyətini davam etdirməsi və oxucular üçün faydalı mövzular təqdim etməsi təqdirəlayiqdir. 13 illik yubileyi münasibətilə bütün kollektivi ürəkdən təbrik edir, bundan sonrakı fəaliyyətlərində yeni uğurlar, maraqlı layihələr və uzunmüddətli inkişaf arzulayıram. Ümid edirəm ki, “Gencaile.az” bundan sonra da insanların həyatına toxunan, faydalı və maarifləndirici yazıları ilə öz fəaliyyətini uğurla davam etdirəcək.”

Fidan Qarayeva

Ləman Qarayeva (Hüquqşünas):

“Hüquqşünas kimi fəaliyyətimdə dəfələrlə şahidi olmuşam ki, insanların qarşılaşdığı bir çox problemin kökündə təkcə hüquqi mübahisə deyil, öz hüquq və vəzifələri barədə kifayət qədər məlumatlı olmamaq dayanır. Xüsusilə ailə münasibətlərində bu məsələ daha həssas xarakter daşıyır. Ailə qurarkən, nikahı davam etdirərkən və ya hər hansı hüquqi problemlə qarşılaşarkən insanın öz hüquqlarını bilməsi olduqca vacibdir. Bəzən bir düzgün məlumat insanın yanlış addım atmasının qarşısını ala, bəzən isə hüququnun pozulduğunu vaxtında anlamasına kömək edə bilər. Bu baxımdan Gencaile.az kimi ailə yönümlü media platformalarının hüquqi maarifləndirməyə yer verməsini əhəmiyyətli hesab edirəm. Saytda hüquqi mövzuların mütəxəssislərin iştirakı ilə sadə və anlaşılan formada təqdim olunması insanların gündəlik həyatında qarşılaşa biləcəyi məsələləri daha yaxşı anlamasına imkan yaradır. Mənim də hüquqi mövzularla bağlı məqalələrimin “Gencaile.az”saytında dərc olunması mənim üçün xoş əməkdaşlıq nümunəsidir. Burada əsas məqsəd yalnız qanun maddələrini sadalamaq deyil, həmin normaların insanların həyatında nə ifadə etdiyini izah etməkdir. 13 il ərzində “Gencaile.az”ın ailə və cəmiyyət üçün vacib olan müxtəlif mövzulara toxunması, fərqli sahələrin mütəxəssislərinin fikirlərini oxuculara çatdırması təqdirəlayiqdir. İnanıram ki, maarifləndirmə işi davam etdikcə insanlar həm hüquqlarını, həm də məsuliyyətlərini daha yaxşı anlayacaqlar.”Gencaile.az” kollektivini 13 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, fəaliyyətində yeni uğurlar arzulayıram. Arzu edirəm ki, sayt bundan sonra da ailələrin hüquqi və sosial maarifləndirilməsinə öz töhfəsini versin və uzun illər oxucularının etimadını doğrultsun.”

Gulbahar Ceferova

Gülbahar Cəfərova (Psixoloq):

“”Gencaile.az ” saytı mənim üçün bildiklərimi paylaşaraq insanların həyatına, münasibətlərinə və ailə dəyərlərinə kiçik də olsa müsbət toxuna bildiyim, dəyərli və mənalı bir platformadır.”Gencaile.az” kimi maarifləndirici və faydalı platformaların olması, xüsusilə psixologiya və ailə münasibətləri kimi vacib mövzuların daha geniş auditoriyaya çatdırılması baxımından çox dəyərlidir. Bu platformada yer almaq və öz töhfəmi vermək mənim üçün xoş və qürurverici bir təcrübədir”.

Feride Memmedova

Fəridə Məmmədova:(Pediatr):

“Bir pediatr kimi mənim üçün “Gencaile.az” ilk növbədə ailənin, xüsusilə də uşağın sağlamlığı və düzgün inkişafı ilə bağlı maarifləndirici məlumatların toplandığı bir platformanı ifadə edir. Uşağın sağlam böyüməsi yalnız xəstələnəndə həkimə müraciət etməklə məhdudlaşmır. Valideynin düzgün məlumatlandırılması, uşağın fiziki və psixoloji inkişafının izlənilməsi, qidalanma, yuxu, gigiyena, peyvəndlər və tərbiyə məsələləri də sağlam gələcəyin vacib hissəsidir. Bu baxımdan valideynlər üçün doğru və anlaşılan məlumatın əlçatan olması çox önəmlidir. “Gencaile.az”ın ailə, uşaq, sağlamlıq və psixologiya kimi müxtəlif istiqamətlərdə yazılar təqdim etməsi də onun yalnız bir mövzuya deyil, bütövlükdə ailənin gündəlik həyatına toxunduğunu göstərir. Mənim üçün bu sayt həm də maarifləndirmə, məsuliyyət və ailəyə dəstək deməkdir. Çünki sağlam cəmiyyətin təməli sağlam, məlumatlı və övladının ehtiyaclarını anlayan ailələrdən başlayır. Arzu edirəm ki, “Gencaile.az” saytı bundan sonra da valideynlərin suallarına cavab verən, onları düzgün istiqamətləndirən və uşaqların sağlam böyüməsinə öz töhfəsini verən etibarlı informasiya platformalarından biri olsun.”

yaqut qasimova

Yaqut Qasımova (Mama-ginekoloq):

“Ölkənin yeganə ailə saytının 13 illiyi münasibətilə mən də öz ürək sözlərimi bölüşmək istəyirəm. Bir həkim olaraq illər ərzində çox şeyin şahidi olmuşam. İnsanlar sağlamlıqları ilə bağlı bəzən çox sadə görünən bir sualın cavabını tapa bilmədikləri üçün narahat olur, bəzən isə əksinə, ciddi bir əlaməti əhəmiyyətsiz hesab edirlər. Buna görə də tibbi maarifləndirmənin nə qədər vacib olduğunu yaxşı bilirəm. “Gencaile.az”da məqalələrimin dərc olunması mənim üçün bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki burada məqsəd yalnız tibbi məlumat vermək deyil, həmin məlumatı insanların gündəlik həyatında başa düşə biləcəyi şəkildə çatdırmaqdır. Həkimin bildiklərini sadə dillə izah etməsi isə bəzən ən az müayinə və müalicə qədər önəmli olur.”

Afaq H

Afaq Həsənova (HPN akademiyanın Azerbaycan üzrə təlimçisi, psixoloq, hipnoterapevt, təlimçi):

““Gencaile.az” saytı mənim üçün sadəcə informasiya platforması deyil, insanlara toxunan, ailə və münasibətlər haqqında düşündürən, cəmiyyət üçün vacib mövzuları gündəmə gətirən bir məkandır. Bir psixoloq kimi mənim üçün ən dəyərli məqam insanlara faydalı ola biləcək psixoloji bilikləri sadə və anlaşılan şəkildə çatdırmaqdır. Məqalələrimin Gencaile.az-da yayımlanması da bu baxımdan mənim üçün xüsusi əhəmiyyət daşıyır. Burada öz peşəkar fikirlərimi oxucularla bölüşmək və müxtəlif mövzularda insanlara faydalı olmaq imkanım olub. Məncə, bir saytın uzunömürlü olması yalnız illərlə ölçülmür. Əsas məsələ illər keçdikcə insanlara nə qədər fayda verə bilməsidir. “Gencaile.az”ın 13 illik fəaliyyəti də onun oxucu üçün dəyər yaratdığını göstərir. Bu gözəl yubiley münasibətilə “Gencaile.az komandasını ürəkdən təbrik edir, bundan sonra da insanlara fayda verən, düşündürən və maarifləndirən yazıların ünvanı olmasını arzulayıram. 13 yaşınız mübarək! Daha neçə 13 illərə!”

Ruzanna Besirova

Ruzanna Bəşirova (Xərclər üzrə konsultant):

“2024-cü ilin iyul ayında instagram üzərindən bir mesaj aldım.

“Salam, mətbuatda sizin bir yazı qarşıma çıxdı və sizlə bir məsələ haqda danışmaq istəyirəm”. Mesaj Gencailə.az saytının redaktoru Tural Məmmədovdan idi. Digər saytda məqaləmi görmüş və əməkdaşlıq etmək təklif edti və mən də sevə-sevə razılaşdım. Bu gün saytın 13 yaşı olur və mənim iki ildə saytda gənc ailələrin büdcə planlamsında istifadə edə biləcəkləri praktik həllərlə bağlı 12 məqaləm yayımlanıb. “Gencaile.az”, ad gününzü təbrik edirəm və sizə təşəkkür edirəm ki, 2 ildə mənə 12 müxtəlif sahəni araşdırıb məqalə halına salmaqda təkan verdiniz. Ad gününüzə özəl 13-cü məqaləmi də elə gənc ailələrdə ad günü xərclərindən yazacam.”

Arzu Residli

Arzu Rəşidli (Həkim-kosmetoloq):

” Mənim üçün “Gencaile.az” sadəcə xəbərlərin və məqalələrin yayımlandığı bir sayt deyil. Müxtəlif sahələr üzrə mütəxəssislərin fikirlərinə yer verərək insanlara sağlamlıqdan tutmuş gözəllik və özünə qulluğa qədər bir çox mövzuda doğru məlumat çatdıran bir platformadır.Həkim-kosmetoloq kimi düşünürəm ki, insanın özünə qayğı göstərməsi yalnız xarici görünüşlə bağlı deyil. Sağlam dəri, düzgün qulluq və özünə ayırdığın zaman insanın həm fiziki, həm də mənəvi rahatlığına təsir edir. Bu mövzuların doğru və peşəkar şəkildə işıqlandırılması isə xüsusilə vacibdir. Məqalələrimin “Gencaile.az”saytında oxucularla görüşməsi mənim üçün xoş əməkdaşlıqdır. Arzu edirəm ki, sayt bundan sonra da insanlara faydalı və etibarlı məlumatlar çatdıraraq öz yolunu uğurla davam etdirsin. 13 yaşınız mübarək! Gencaile.az-a daha uzun, uğurlu və gözəl illər arzulayıram!”

Ebru Ozkan

Ebru Özkan (Sosioloq):

Sosioloq kimi cəmiyyətdə və ailə münasibətlərində baş verən dəyişiklikləri yaxından izləyirəm. Bu baxımdan ailə, münasibətlər, nəsillərarası fərqlər, sosial medianın təsiri və cəmiyyətin dəyişən dəyərləri haqqında maarifləndirici yazıların oxucuya çatdırılmasını çox vacib hesab edirəm. Məqalələrimin “Gencaile.az”da dərc olunması mənim üçün xoş əməkdaşlıq təcrübəsidir. Burada mürəkkəb sosial məsələlərin sadə və anlaşılan dillə təqdim olunması, müxtəlif mütəxəssislərin fikirlərinə yer verilməsi saytı fərqləndirən məqamlardandır. Arzu edirəm ki, “Gencaile.az” saytı bundan sonra da ailələrə və cəmiyyətə faydalı mövzuları gündəmə gətirən, düşündürən və maarifləndirən platforma olaraq fəaliyyətini uğurla davam etdirsin.13 yaşınız mübarək! Daha neçə-neçə uğurlu illərə!”

Jale M

Jalə Mirsaab (Psixologiya Departamenti və  “Ülkər” Psixologiya Mərkəzinin rəhbəri, Psixoloq, İnkuliziv Təhsil Mütəxəssisi):

“Artıq 13 ildir ki, oxucuların etimadını qazanan “Gencaile.az” saytında bir mütəxəssis olaraq məqalələrimlə çıxış etməkdən, bilik və təcrübəmi böyük bir ailə ilə bölüşməkdən qürur duyuram. Ötən bu illər ərzində saytın hər bir uğuruna öz uğurum kimi sevinmişəm. Başda saytın rəhbərliyi olmaqla, bu layihədə əməyi keçən bütün komandanı və dəyərli oxucularımızı ürəkdən təbrik edirəm. İnanıram ki, “Gencaile.az” hələ uzun illər evlərimizin, könüllərimizin ən doğma saytı olaraq qalacaq. Uğurlarımız daimi olsun”

Sema Ferexova

Səma Fərəcova (Pediatr):

“Pediatr kimi uşaqların sağlamlığı, düzgün inkişafı və valideynlərin bu sahədə maarifləndirilməsi mənim üçün xüsusi əhəmiyyət daşıyır. Valideynlərin doğru məlumat əldə etməsi, uşağın sağlamlığında yaranan hər hansı dəyişiklik zamanı vaxtında və düzgün addım atması çox vacibdir. Bu baxımdan “Gencaile.az”ın sağlamlıq və uşaq mövzularına yer verməsi, mütəxəssislərin fikirlərini oxuculara çatdırması olduqca faydalıdır. Məqalələrimin “Gencaile.az”da yayımlanması mənim üçün də xoş və dəyərli əməkdaşlıqdır. Hər bir yazının valideynlərə faydalı olacağına, onların suallarına cavab tapmasına və övladlarının sağlamlığına daha diqqətli yanaşmasına töhfə verəcəyinə inanıram. 13 il ərzində oxucularının etimadını qazanan “Gencaile.az”a bundan sonra da yeni layihələr, maraqlı mövzular və uğurlar arzulayıram. Başda Tural müəllim olmaqla rəhbərlikdən siravi işçisinə kimi bütün hər kəsi təbrik edirəm. 13 yaşınız mübarək! Ailələrə fayda verən fəaliyyətiniz daim davamlı olsun!”

Bilqeyis Sederqizi

Psixoloq Bilqeyis Səfərqızı (“Sabahgrow” Oyun və Terapiya Mərkəzinin baş Mütəxəssisi):

“Bu sayt mənim üçün tanınmağa başlayan, öz üzərində çalışan, nəsə yaratmağa çalışan insanlara dəstək olan bir platformadır. Mənim üçün də bu dəstəyi görmək, əməyimin və fəaliyyətimin işıqlandırılması çox dəyərlidir. Bəzən bir paylaşım, bir söz, bir dəstək insanın yoluna davam etməsi üçün böyük motivasiya olur. Bu gün 13 yaşını qeyd edən “Gencaile.az” saytını ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bundan sonra da yoluna yeni başlayan insanların yanında olsun, onların əməyini görünən etsin və daha neçə-neçə gözəl hekayəyə yer versin. 13 yaşın mübarək, “Gəncaile! Yaxşı ki, varsınız.”

Aygun Musayeva

Aygün Musayeva (Uzman Mama-ginekoloq):

“Saytının 13 illik yubileyini qeyd etməsi münasibətilə öz təbriklərimi və xoş arzularımı çatdırmaq istəyirəm. Bir ginekoloq kimi məni bu saytla bağlayan əsas məqamlardan biri qadın və ailə sağlamlığı ilə bağlı düzgün və faydalı məlumatların insanlara çatdırılmasına verilən önəmdir. “Gencaile.az”da müxtəlif mövzularda məqalələrimin dərc olunması mənim üçün həm peşəkar baxımdan, həm də cəmiyyətə faydalı olmaq baxımından dəyərlidir. Həkim olaraq gündəlik praktikada görürəm ki, insanların sağlamlıqla bağlı çoxsaylı sualları var. Xüsusilə qadınlar bəzən həkimə müraciət etməzdən əvvəl internetdə cavab axtarır, müxtəlif və heç də həmişə doğru olmayan məlumatlarla qarşılaşırlar. Belə bir şəraitdə peşəkarların fikirlərinə yer verən, tibbi mövzuları sadə və anlaşılan dildə təqdim edən media platformalarının əhəmiyyəti böyükdür. Mənim üçün “Gencaile.az”-la əməkdaşlıq sadəcə məqalənin yayımlanmasından ibarət deyil. Hər yazıda düşünürəm ki, bəlkə də həmin məlumatı oxuyan bir qadın özündəki hansısa əlamətə daha ciddi yanaşacaq, vaxtında həkimə müraciət edəcək və ya sağlamlığı ilə bağlı doğru qərar verəcək. Həkim üçün bundan böyük motivasiya ola bilməz.”

Ilhame Axundova

İlhamə Axundova (REHA Təlim Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti, təlimçi müəllim):

“Düşünürəm ki, “Gəncile.az” – cəmiyyətə fayda verən söz və dəyər platformasıdır. Bəzən bir informasiya platforması sadəcə məlumat ötürmür, insanları bir-birinə, peşələri isə cəmiyyətə tanıdır. “Gencaile.az” saytı mənim üçün də məhz belə bir platformalardan biri olmuşdur. Cəmiyyət üçün faydalı, maarifləndirici və düşündürücü məlumatların təqdim edilməsi, müxtəlif peşə sahiblərinin fəaliyyətinin tanıdılması insanların bir-birini daha yaxından tanımasına, fərqli dünyagörüşləri ilə tanış olmasına imkan yaradır. Mənim üçün də bu platformada yer alan məlumatlar yeni insanları, yeni düşüncələri və müxtəlif peşə sahələrini tanımaq baxımından faydalı olub. Əslində, cəmiyyətin inkişafı yalnız böyük layihələrdən deyil, insana toxunan kiçik, lakin dəyərli təşəbbüslərdən başlayır. Maarifləndirici yazılar, səmimi söhbətlər, peşəkar insanların təqdimatı və cəmiyyət üçün faydalı mövzular insanlarda incə dəyərlərin formalaşmasına xidmət edir. “Gencaile”nin bu istiqamətdəki fəaliyyəti mənə görə, insanı tanımaqdan cəmiyyəti tanımağa gedən bir yoldur. Çünki hər tanıdılan peşə sahibi, hər paylaşılmış faydalı fikir və hər maarifləndirici məlumat cəmiyyətin düşüncə xəzinəsinə əlavə olunan kiçik bir dəyərdir. Bu gün informasiya çoxdur, amma dəyər yaradan informasiya daha qiymətlidir. İnsanları düşündürən, maarifləndirən və yaxşılığa səsləyən platformaların cəmiyyətimiz üçün əhəmiyyəti də məhz bundadır. Bu saytda mütamadi olaraq məqalələri yayımlanan bir mütəxəssis olaraq “Gencaile.az”a cəmiyyətə faydalı məlumatların çatdırılmasına, müxtəlif sahələrin peşəkarlarını tanıtmasına və insanlarda incə, mənəvi dəyərlərin formalaşmasına verdiyi töhfəyə görə təşəkkür edirəm. Çünki maarifləndirmək yalnız məlumat vermək deyil, insanın düşüncəsinə işıq salmaqdır.”

 

Hazırladı: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir