“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə süfrələrin sevilən yeməklərindən biri olan ətli lobya yeməyini təqdim edirik. Doyumlu, qidalı və hazırlanması o qədər də çətin olmayan bu yemək həm nahar, həm də şam süfrəsi üçün əla seçimdir.
Lazım olan ərzaqlar
Hazırlanma qaydası
Lobyaları axşamdan suya qoyun və ən azı 8 saat isladın. Daha sonra suyunu süzüb təmiz suda yumşalana qədər bişirin.
Əti kiçik tikələrə doğrayın. Qazana duru yağ əlavə edib əti bir qədər qovurun. Üzərinə doğranmış soğanı əlavə edərək yumşalana qədər bişirin.
Pomidorları doğrayıb ətin üzərinə əlavə edin. Tomat pastası, əzilmiş sarımsaq, duz və istiot tökün. Bir neçə dəqiqə qarışdıraraq bişirin.
Bişmiş lobyaları qazana tökün, üzərinə su əlavə edin. Zəif odda təxminən 25–35 dəqiqə bişirin ki, ətin və sousun dadı lobyaya yaxşı hopmuş olsun.
Yemək hazır olduqda üzərinə doğranmış cəfəri səpin. İsti halda təzə çörək, turşu və göyərti ilə süfrəyə verə bilərsiniz.
Kiçik məsləhət
Lobyanın daha ləzzətli alınması üçün onu əvvəlcədən islatmaq vacibdir. Vaxta qənaət etmək istəyirsinizsə, konservləşdirilmiş bişmiş lobyadan da istifadə edə bilərsiniz. Bu halda lobyaları son mərhələdə əlavə edib yeməyi təxminən 10–15 dəqiqə bişirmək kifayətdir.
Nuş olsun!
İlahə Atəş











































































































































































