yemeye ne var

Kartof pizzası belə hazırlanır - "YEMƏYƏ NƏ VAR?"

Baxış sayı: 563

Hər kəsin asanlıqla hazırlayaca biləcəyi ləzzətli pizza resepti. Ancaq bu pizza üçün xəmir yoğurmağa ehtiyac yoxdur. Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında 10 dəqiqəyə tavada kartof pizzasını necə hazırlaya biləcəyinizi təqdim edirik.

 

Tərkibi:

2 ədəd yumurta

700 qr qabığı soyulmuş kartof

2 xörək qaşığı un

3-4 diş sarımsaq

duz, istiot

3 xörək qaşığı xama

1 çay qaşığı Dijon xardalı

200-250 qr hisə verilmiş ovçu kolbasası

2 ədəd orta ölçülü soğan

1 şirin bolqar bibəri

150 qr çerri pomidoru

170 qr bərk pendir

bir neçə budaq yaşıl soğan

bitki yağı

kartof pizzasi

Hazırlanma qaydası:

İlk olaraq soğanları yarım halqa şəklində doğrayın və tavada yüngülcə qovurun.Doğranmış bolqar bibəri əlavə edib bir neçə dəqiqə bişirin. Doğranmış kolbasa da əlavə edib qarışdırın və ocağın altını söndürün. Kartofu mətbəx kombaynından (və ya rəndənin iri gözündən) keçirin. Bir qaba kartof, əzilmiş sarımsaq, yumurta, un, duz və istiot əlavə edib yaxşıca qarışdırın.

Tavanı 2 xörək qaşığı bitki yağıyla yağlayın. Kartoflu kütləni yağlanmış tavaya yayın, zəif ocaqda təxminən 5 dəqiqə bişirin. Bir qabda xama və xardalı qarışdırın. Pendiri rəndələyin və pomidorları yarı bölün. Tavada bişən kartofu çevirin və 2-3 dəqiqə sonra bişən kartofa xamalı-xardallı sous yaxın. Bibərli-kolbasalı qarışığı sousun üzərinə yayın. Yarı bölünmüş pomidorları  düzün, rəndələnmiş pendir və doğranmış göy soğan səpin. Ocağı zəiflədin, tavanın qapağı bağlı pendir əriyənədək bişirin.

 

Hazırladı: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir