66

Yayda üşüyənlərin nəzərinə! Xəstə ola bilərsiniz

Baxış sayı: 1. 396

22-25 dərəcə istilikdə dənizə girib çıxan hər kəsi qısa bir üşütmə tutur. Ancaq bəzi insanların üşüməsi heç keçməz. Səbəbləri isə müxtəlifdir.

Normalda bu istidə dənizə girib çıxan insanın bir dəqiqə üşüməsi normaldır. Elə adamlar da var ki, onlarda bu titrəmə heç cür keçmir və dənizdən qaçaraq çıxırlar. Qansızlıq, tiroid xəstəlikləri, şəkər, bəzi hormonal xəstəlikləri, astma, sinusit, KOAH kimi problemlər buna yol açır.

İnsanlar avtomatik istilik nəzarət mexanizmi olan canlıdır. Bu nəzarət sistemi avtomatik işləyən bir termorequlyatuar sistemdir. Adaptasiya mexanizmi sayəsində qonşuluqdakı isti otağa girəndə tərləməyə başlayırıq, su içmək istəyirik, üstümüzdəki geyimləri tez çıxarırıq, sərin bir yer axtarırıq. Soyuq bir yerə girərkən isə əksinə, tüklərimiz biz-biz olur, enerji sərf etmək üçün asqırır, öskürür, titrəyirik. Məqsəd isə ən qısa yolu tapıb bədəni isitməkdir.

Əsasən menstruasiya zamanı qadınlarda istiliyə nəzarət mexanizminin soyutma tərəfi korlanır. Bəzi insanlarda isə bu, doğuşdan olur.

Yayda çox vaxt birbaşa günəş şüaları vurmasın deyə uzun geyinirik. Ancaq bu, etdiyimiz yanlışdır. Gün ərzində ən az yarım saat bədənimiz günəşlə təmas etməlidir. Bu, D vitamini sintezi üçün çox vacibdir.

Çox geyinmək insanı üşüməkdən qorumaz. Əksinə, getdikcə daha çox üşüdüyünüzü hiss edə bilərsiz.

Bu problemin yaranmasına hansısa xəstəlik səbəbdirsə, müalicədə kortizon tərkibli dərman preparatları da təyin edilir.

Bundan başqa, insanların boy-çəki balansı pozulanda istiliyə nəzarət mexanizmi də pozulur. Buna görə ideal çəkidə olmaq vacibdir. Hərəkətdə olmaq, idman etmək çox vacibdir. Bədənimizin kombi olduğunu düşünsək, açıq damarlar da bu sistemin su borularıdır. Damarları tıxayan iki şey isə siqaret və yüksək xolesteroldur. Siqaret çəkməyin, yağ balansını tənzimləyin. Ard-arda isti-soyuq su duşları qəbul edin. (lent.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir