Çində 2 min il tarixi olan yumurta tapılıb

Baxış sayı: 1. 566

Çinin cənub-qərbində yerləşən Guicou əyalətində Hun imperatorluğu dövrünə aid olan 2 min illik tarixi olan yumurta tapılıb.

Bu barədə Çinin “Sinxua” xəbər agentliyi məlumat yayıb. Arxeoloqların apardığı arxeoloji qazıntılar zamanı forma etibarı ilə toyuq yumurtasına bənzəyən tapıntını aşkar edilən tarixi əşyalar arasından əldə ediblər. Sözügedən imperatorluqdan öncə Şang və Cou imperatorluğu dönəmlərində insanların bürünc əşyalarla birlikdə dəfn edildiyini bildirən arxeoloqlar, sonralar bu ənənə insanların həyatda daha çox istifadə etdikləri əşyalarla birlikdə dəfn olunma adətlərinə çevrilib.

Yumurtanın bu günədək heç bir zədə almadan öz formasını saxlamasının alimləri təəccübləndirməsinə baxmayaraq tapıntının xüsusi laboratoriyada tədqiqatına başlanılıb.

Qeyd edək ki, Hun imperatorluğu eramızdan əvvəl 220-202- ci illərdə hakimiyyətdə olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir