argentinali_5bb602110ab53dc280fce2780b73f9dc

Argentinalı kişi ana oldu – FOTO

Baxış sayı: 1. 860

Argentinalı transseksual ailənin qız övladı dünyaya gəlib.

Ailem.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Argentinada yaşayan 26 yaşlı Aleksis Taborda qız övladı dünyaya gətirib. Aleksis Tabordanın 26, həyat yoldaşı Karen Bruselarionun 28 yaşı var.   argentinali_5bb602110ab53dc280fce2780b73f9dc

Maraqlı fakt odur ki, Aleksis qız kimi dünyaya göz açsa da, kişi kimi həyat sürüb. Karen isə oğlan kimi doğulsa da, qız kimi yaşayıb. 2012-ci ilin may ayında Argentinada gender bərabərliyi haqqında qanun qəbul edildikdən sonra Aleksis və Karen əməliyyat keçirmədən qanuni olaraq cinsiyyətlərini dəyişdiriblər. Aleksis dekabrın 22-də erkən doğum həyata keçirib. Doğulan qıza Genessis Evangelina adı qoyulub.

Cütlük övlad dünyaya gətirən ilk transseksual ailədir. Bundan başqa Argentinada ilk dəfə olaraq transsesksual gəlin hamilə olarkən evlənib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir