restoran

ABŞ restoranında planşet ofisiantları əvəzlədi

Baxış sayı: 1. 450

San-Fransiskoda yerləşən yeni “Eatsa” restoranı tamamilə avtomatlaşdırılmış yemək sifarişi xidmətini təklif edir. Restoranın ziyarətçiləri ofisiantı çağırmadan “iPad” planşetinin köməyi ilə birbaşa mətbəxə sifariş göndərə bilərlər. Yeməyi hələ ki insanlar hazırlayır, amma yaxın gələcəkdə aşbazları robotların əvəzləyəcəyi istisna deyil.

Qeyd edək ki, yüzlərlə insan restoranı ziyarət edib. Burada vegeterian yeməklərinin qiyməti şəhər üzrə ən ucuzdur.

Xidmət sahəsində insanların robotlarla əvəzlənməsi heç də yeni tendensiya deyil. Məsələn, Çində uzun müddətdir heyətə çəkilən xərcləri və qiymətləri azaltmaq məqsədi ilə planşet vasitəsilə sifarişlər üzərində təcrübə aparırlar. Cari ildə Yaponiyada açılmış “Nanna” mehmanxanasında heyət yoxdur. Burada bütün işləri robotlar yerinə yetirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir