QELEM DEBI

Qələm bahar obrazının ən orijinal bəzəyi kimi – FOTOLAR

Baxış sayı: 408

Son illərdə moda dünyası sadəliyə və utilitarizmə üstünlük verir. Klassik və baza geyimləri artıq bir neçə ildir ki, əsas tendensiyalar siyahısında qalmağa davam edir. Məsələn: ağ köynəklər, düz kəsimli şalvarlar, geniş çantalar və geniş çiyinli gödəkçələr. Bəziləri bunun darıxdırıcı olduğunu söyləyə bilər, lakin “səssiz lüks” cərəyanı göstərdi ki, sadə siluetlərə və sakit rənglərə ehtiyac həmişə var. Bununla belə, orijinal ideyaları ilə modapərəstləri sevindirməyə çalışan dizaynerlər də az deyil. Və belə görünür ki, sadə qələmlər bu bahar ən dəbli aksessuar kimi qarşımıza çıxacaq.

Sadə qələmlər həm saçlarda, həm də geyimlərdə istifadə edilə bilər.

Şübhəsiz ki, hər bir xanım həyatında ən azı bir dəfə olsun sadə qələmlərdən saç maşasını kimi istifadə etmək məcburiyyətində qalıb. Bu, əlinizin altında elastik bir rezin və ya broş olmadıqda, saçları toplamaq üçün ən asan və sürətli yoldur. Dizaynerlər bu dəb hiyləsini tendensiyaya çevirmək qərarına gəliblər. Odur ki, saçları sadə qələmlər toplamaq indi çox məşhurdur.

Nyu-York Moda Həftəsində bu yaxınlarda baş tutan “LaQuan Smith” brendinin dəfiləsinə çıxan modellər bunu bir daha sübut edir. Əsasən zərif siluetlər, dekolteli paltarlar, köynəklər və qalstuklardan ibarət olan kolleksiyanı saç stilisti Leysi redvey bu yaz məşhur olan “ofis sirenası” üslubu ilə əlaqələndirib. O, sıx toplanmış saç yığımlarını sadə qələmlə vurğulayaraq maraqlı bir işə imza atıb.

Növbəti dəfə saçınızı qələmlə bağlamaq, pencəyin və ya köynəyin sinə cibinə qoymaq istəsəniz, çəkinməyin. Dəftərxana ləvazimatlarının dəb arenasında aksesuar kimi kök salacağına biz də çox şübhə etmirik. Üstəlik, keçici tendensiyalardan fərqli olaraq, belə mikrotrendlər həmişə diqqət çəkir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir