Evlilik sonrasında məhəbbət ölürmü?

Baxış sayı: 1. 719

Günlər keçdi, aylar dolandı, il tamam olmamış gənc ailədə bir mərəkə qopdu ki, səsə bütün qohum-əqrəba yığışdı. Aləm bir-birinə dəydi, hamı bir-birinin kölgəsini qılınclamağa başladı, vaxtilə xeyir-dua edənlər indi bir-birlərini hədələyirdilər. Dünən qız haqqında “Gəlinimin tayı-bərabəri yoxdur” deyən oğlan anası indi ona qarğış edirdi. Oğlan barəsində “İki qızım vardı, indi bir oğlum da var” deyən qız anası da kürəkənini lənətləyirdi. Söz-söhbətə, dava-dalaşa səbəb nə idi? Səbəb çoxdur. Hər il ölkəmizdə neçə-neçə nikah bağlanır. Bu, yaxşı haldır. Lakin hər il eyni zamanda neçə-neçə boşanma hadisəsi qeydə alınır. Bu isə pis haldır. Cəmiyyətimizin, dövlətimizin mənəvi sağlamlığı, möhkəm və qudrətli olması bilavasitə ailələrin uğurlu olmasından asılıdır. Ailə bütün fəaliyyət sahələrində həm ictimai həm də fərdi funksiyaları yerinə yetirir. Ailənin funksiyaları tarixi kateqoriyalardır, ənənəvi və müasir xarakter daşıyır. Danılmaz faktdır ki, ölkəmizdə xoşbəxt, uğurlu ailələrlə yanaşı həm də uğursuz, bir növ bədbəxt ailələr də vardır. Belə ailələr çox vaxt elə qonşuluğumuzda yaşayır, onların söz-söhbətlərinin, dava-dalaşlarının hər gün şahidi oluruq. Həmin ailələrin üzvlərindən bəziləri elə öz qohumlarımızdır. Və biz bu cür ailələrlə cox rastlaşiriq.Bir\birini sevən iki gənc ailə qurmaga tələsir.Onlar məhəbbətin xoşbəxt sonlugunu sevənlərin ailə qurmasinda gorurlər.Ancaq nagillardaki kimi məhəbbətin xoşbəxt sonlugu evlənmək deyil.İki sevən gənc evləndikdə nagil tamamlanir,həyatda isə kitab hələ təzə yazilmaga başlayir.Real həyatda məhəbbətə sahib cixmaq elə evləndikdən sonra başlayir.  Ailədə məhəbbəti,qarşiliqli horməti evləndikdən sonra qorumaq heyfslər olsun ki hər ailədə baş tutmur.Ailədə daxili konfliktlər,problemlər baş verir.Və bu da munasibətlərin pozulmasina,cutluklərin qarşiliqli hormetsizliyinə,və hal/hazirda cox ailənin probleminə cevrilən boşanma hadisələrinə səbəb olur. Boşanma mürəkkəb sosial hadisədir. O öz mənbəyini ailə ixtilaflarından alır. Ailə ixtilafları isə ər-arvad münasibətlərinin düzgün qurulmaması nəticəsində baş verir. Ona görə də boşanmanın səbəblərini aydınlaşdırmaq üçün, hər şeydən əvvəl ər-arvad münasibətlərində özünü büruzə verən nöqsanları aşkara çıxarmaq lazımdır. Əvvəlcə gəlin belə bir sadə həqiqətdən başlayaq. Ailədə söz-söhbət var. Bunu hökmən qonum-qonşular bilməlidirlər? Yaxşı olmazmı ki, bu mabahisəni həmin şəxslərin özləri ikilikdə həll etsinlər. Axı bir sıra hallarda üçüncü, dördüncü və s. nəfərin müdaxilə etməsi əslində “qaş düzəltmək yerinə vurub gözü də tökür”. Lap adicə, son dərəcə əhəmiyyətsiz və xırda məsələ üstündə ər-arvadın mübahisəsi günlərlə davam edə bilər və nəhayət, ciddi şəkil ala bilər. İxtilaflar ər-arvad həyatının dramını ifadə edir, lakin o, ailə faciəsinə çevrilməməlidir. Ümumiyyətlə mübahisəsiz, konfliktsiz ailə təsəvvür etmək olarmı? İnamla deyə bilərik ki, mübahisəsiz, konfliktsiz aile olmur. Buna baxmayaraq 30, 40, 50 il davam edən çox ailələr vardır. Deməli, ailədə mübahisələr olur, amma mübahisə edən tərəflərin hər ikisinin və yaxud heç olmasa birinin mədəni səviyyəsi, bir-birinə olan sevgi, məhəbbət bu mübahisənin müəyyən bir çərçivədən çıxmasına imkan verməz.

İki şəxs bəxtini, qismətini birləşdirib ailə qurduqda bu ümumi ocağa hər biri öz “yükü” ilə gəlir. Lakin bu günə qədər “mənimki” deyilən hər bir şey indi yalnız “bizimki” ilə əvəz olunması üçün müəyyən səy göstərilməsi vacibdir. Bu yalnız maddi cəhətə deyil, mənəvi cəhətə də aiddir. Bu “bizim” prinsipi ər-arvad tərəfindən nə qədər qəbul olunarsa, xoşagəlməz mübahisələr, söz-söhbət də bir o qədər tez aradan qalxıb yox olar. Bəzi ailələrdə isə əksinə olur. İlk vaxtlar guya bir=birini sevən gənclər qısa müddətdən sonra bir-birini sevmədiklərini, yanıldıqlarını anlayır və bu zaman xasiyyətlərini uyğunlaşdıraraq əvəzinə müqabil tərəflərin kin, ədavət hisslərini daha da kəskinləşdirirlər.

Nikahın ilk dövrlərində və, ümumiyyətlə, ər-arvad arasında konfliktlər nə səbəbə baş verir? Əhəmiyyətinə görə mütəxəssislər bu səbəbləri aşağıdakı ardıcıllıqla gösterirler:

  • Ər-arvad münasibətlərində etikanın pozulması xəyanət, qısqanclıq).
    Bioloji uyğunsuzluq.
  • Ər-arvaddan birinin ve ya her ikisinin onları əhatə edən adamlarla (qohum, dost, tanış və s.) pis münasibətdə olması.
  • Həyata marağın və tələblərin uyğunsuzluğu.
  • Uşağa qarşı pedaqoji mövqeyin müxtəlifliyi.
  • Ər-arvaddan birində, bəzən isə hər ikisində şəxsi çatışmazlıqların olması.
  • Valideynlərlə uşaqlar arasında qarşılıqlı anlaşmanın olmaması.

 

Hər ailədə xoşagəlməz hadisələr baş verir.Mühüm olan bu hadisələri sakitliklə,qarşiliqli hörmətlə aradan qaldirmaqdir.

Və real həyatin sonlugunu gulərüz tamamlamaqdir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir