9999

Kişilərin qadınlardan qorxduğu ölkələr – FOTOLAR

Baxış sayı: 1. 390
Azərbaycanda ailənin başçısı kişi sayılır. Ailənin bütün problemləri də məhz onun üzərində olur. Amma planetimizin elə güşələri var ki, orada qadınlar ailədə hökmranlıq edirlər. 

Pakistanda yaşayan Kalaşilər

Belə bir fərziyyə var ki, Kalaşilər böyük sərkərdə Makedonyalı İskəndərin nəslindəndirlər. Həmin dövrlərdə onlar Utopya vadisində yaşamışlar və o regionların qadınları ilə cinsi əlaqədə olublar.
Bugunki gün Kalaşilərin sayı 3 minə çatır. Baxmayaraq ki, onların qədim əcdadları cəsur əsgərlər olublar. Müasir Kalaşilər çox sakit və sülhsevər xalqdır. Onlarda demək olar ki, cinayətkarlıq yoxdur.
Ən maraqlısı isə odur ki, evlənmək üçün seçimi qadın edir. Əgər kişi qadının xoşuna gəlmirsə, qadın onu asanlıqla qapı arxasına qoyub, özünə yeni ər namizədi ilə evlənə bilər. Burada kişilərin özünə qadın seçə bilmək hüququ yoxdur.

Çindəki Mosuo tayfası

Bu tayfa Çinin Tibetlə olan sərhəd əyalətlərində yaşayır. Bu tayfada qadınların hakimiyyəti o qədər böyükdür ki, onlar adi qaydada ailə qurmurlar.
Qadınlar xoşu gələn hər hansı bir kişini evə dəvət edə və onunla intim əlaqədə ola bilərlər. Dəvət olunan kişinin rədd etmək hüququ yoxdur. Bu cür görüşlərdən doğulan uşaqlar isə ana qohumları ilə yaşayırlar.

Mehxalaya mədəniyyəti

Mehxalaya Hindistanda ştatdır. Bu ştat yerli xalqın adı ilə adlandırılıb. Bu ştatda kişi hüquqları böyük problemdir. Burada hər şey qadın hökmündən asılıdır.
Qadınlar tayfadakı nəinki ədalət məhkəməsini idarə edirlər, onlar hətta ailədəki bütün işlərə də nəzarət edirlər. Qadınlar ailə büdcəsinə nəzarət etməklə yanaşı, həm də yeni doğulan uşaqlara öz istədikləri kimi ad və soyad verirlər.
Doğrudur, burada yerli kişilər bir neçə dəfə bu hakimyyətə qarşı çıxmağa çalışıblar. Onlar hətta kişilərin hüquqlarını müdafiə təşkilatı da yaradıblar. Ancaq hələlik bu sahədə böyük irəliləyişlərə nail ola bilməyiblər.

İndoneziyada Minanqkabau tayfası

Hər kəs bilir ki, İslam qanunlarına görə, qadınlar bütün məsələlərdə ərlərini eşitməlidirlər. İndoneziya da İslam ölkəsidir. Lakin Minanqkabau tayfasında ənənəvi üstünlük qadınlara verilir.
Buranın ənənələrinə görə, hər bir oğlan 7 yaşdan sonra dini məktəbdə oxuyur. Məktəbi bitirdikdən sonra onlar doğma yerlərini tərk edib, gedirlər ki, geri qayıdanda ailə qurmaq üçün həyat təcrübəsi qazana bilsinlər və pul gətirsinlər. Kişilər pul arxasınca gedərkən qadınlar tayfanın bütün işlərini idarə edirlər.

Himalay

Hindistanın şimalında – Butan və Nepalda elə kəndlər var ki, qadınlar bir neçə kişini özünə həyat yoldaşı kimi götürə bilərlər.
Sivilizasiya yavaş-yavaş bu yerlərə gəldikcə, kişilər öz hüquqlarını bərpa etməyə başlayıblar. Buna misal olaraq, onların yaşadığı kəndlərdə kişi hərəmxanalarının sayının azalmasını göstərmək olar.
Aygün Səfərli



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir