moda

Retro stildə geyinənlərə TÖVSİYƏ

Baxış sayı: 1. 743

Keçmişin şıqlığı bu günümüzə də yansıyır. Retro geyim modelinin olduqca geniş yayıldığı illərdəyik. Ancaq bu tərz geyinərkən belə, diqqət etməli olduqlarınız var. “Gencaile.az” Aile.lent.az-a istinadən retro geyinməyin qaydalarını təqdim edir.

Retro geyimlə geyindiyiniz ayaqqabılar ayaqları zərif göstərməlidir. Müasir hündür dabanlı ayaqqabılar heç uyğun deyil. Bunların yerinə qalın dabanlı, ya da tango ayaqqabılarına üstünlük verin.

Aksessuarlarınızın sadə və şıq olmasına diqqət edin. İncə boyunbağı, zümrüd sırğa və rəngli daşları olan üzüklər retro tərzinizi daha parlaq bir hala gətirəcək.

Kombinənizə uyğun əlcəkləriniz olmalıdır.

Özünüzə uyğun şıq retro şlyapa və şərflər mütləq qarderobunuzda olmalıdır.

Tərzinizə uyğun qısa retro kəsim, qabarıq saç və ya geyiminizə uyğun topuz, at quyruğu kimi modellər olar.

Makiyaj isə olduqca təbii olmalıdır. Eyeliner, pudra tonlarında ənlik və qırmızı dodaq boyası sizi cazibədar göstərəcək. Və mütləq özünüzdən əmin qətiyyətli bir duruşunuz olmalıdır.

Siz keçmişin köhnəlməyən qadınısız!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir