xəstəlik

Qripdən qorunmağın sadə yolu

Baxış sayı: 1. 507
Payız fəslinin gəlişi və havaların soyuması ilə əlaqədar insanlar arasında yoluxucu xəstəliklər, xüsusən də qrip yayılmağa başlayıb. Həkimlərin fikrincə, bu xəstəliklərdən qorunmaq üçün ilk növbədə havaya uyğun geyinməyə və düzgün qidalanmağa fikir verilməlidir.
Məsələn, hesab edilir ki, yaşıl yarpaqlı çiy tərəvəzlərin qida dəyəri çox yüksəkdir. Onlar qan damarlarını qoruyur, iltihabı azaldır və xəstəliklərə yol aça biləcək və ya xəstəlikləri sürətləndirəcək faktorları uzaqlaşdırır. Hər gün az yağlı tərəvəz salatı yeyərək mövsümü daha sağlam keçirdə bilərsiniz.
Yağlı balıqların tərkibində omeqa 3 və selenium var. Omeqa 3 bədəndəki iltihabi azaldır, ağciyərlərə hava axınını artırır və qoruyur. Həftədə 2 dəfə balıq yeməklə immun sistemini gücləndirə bilərsiniz.
Soğan, sarımsaq, yaşıl soğan zəngin tərkibi ilə immun sisteminə böyük təsir göstərir və infeksiyalara qarşı mübarizə aparır. Gündəlik olaraq göyərtinin qəbulu orqanizmə müsbət təsir göstərir
Qatıq orqanizm üçün son dərəcə faydalıdır. Bu süd məhsulunu “Təbii antibiotik” adlandırmaq olar. Gündə 1 kasa qatıq yeməklə bağırsaqlardakı qorxulu xəstəliklərə gətirib çıxara biləcək çoxlu sayda bakteriyanı azalda bilərik.
Yumurta bu silsilədə ən əhəmiyyətlisidir. Ən keyfiyyətli zülal da elə yumurtanın tərkibindədir. Yumurta sarısı immuniteti möhkəmləndirən A vitamininin anbarıdır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir