29

Planetimizin ən qeyri-adi yerləri… – FOTOLAR

Baxış sayı: 2. 062

Ola bilsin, siz elə yerləri görmüsünüz ki, məhz oranı dünyanın ən gözəl yeri hesab edirsiniz. 

Bu yazıda sizə təqdim edəcəyimiz yerləri gördükdən sonra səhv etdiyinizi də düşünə bilərsiniz.  
 
“Gencaile.az”  sizə dünyanın ən qeyri-adi yerlərini təqdim edr. Siz bu yerləri görsəniz, oranı heç vaxt yaddan çaxara bilməyəcəksiz. 

1. Misir: Ağ səhra

Saxara səhrasının yerləşdiyi yer öz xüsusiyyətləri ilə fərqlənir. Ilk baxışda isə o adicə qum səhrasıdır.
Buna baxmayaraq, ilin hər günü o elə görsənir ki, sanki bir dəqiqə əvvəl bura qar yağıb. Bir vaxtlar buralar okeanın altında yerləşib. Bu səhra isə okeanın dibi sayılırdı.
Su çəkildikdə özündən sonra səhra, dəniz orqanizmlərinin qalıqlarından əmələ gəlmiş ağ rəngli əhəng daşı ilə örtülüb.
Külək gözəgörünməz heykəltaraşdır. O uzun illər ərzində səhrada qeyri-adi abidələr yaradıb.
 

2. ABŞ, Vayominq: “Şeytan qülləsi”

Bu cür qorxulu ad təbiətin yaratdığı abidəyə verilib. O dəniz səviyyəsindən 1556 metr hündürlükdə yerləşir. Abidənin öz hündürlüyü isə 386 metrdir. Bu abidə vulkan mənşəli böyük monolitdir.
Abidənin yaşının təqribən 225 milyon ildən 195 milyon ilə qədər olduğu təxmin edilir. “Şeytan qülləsi” ABŞ-da milli abidə kimi qorunub saxlanılır.
 

3. ABŞ, Yelloucton milli parkı: Böyük prizmatik çeşmələr

Prizmatik çeşmələr isti su bulaqlarıdır. Bu bulaqlar Amerikada ən böyük isti su mənbələri sayılır.
Dünyada isə isti su mənbəyi kimi 3-cü sırada göstərilir. Bu isti su çeşmələri Qeyzerin orta həcmli  hovuzlarına axır.
 

4. Türkmənistan: Darvaza adlı qaz krateri

Buranı  yerli əhali və başqaları darvazadan başqa həm də “Cəhənnəmin qapısı” adlandırır.
Bura Erbənt Aulundan 90 kilometr məsafədə yerləşir. Krater çox böyükdür.
Onun dərinliyi təqribən 20 metrə, eni isə 60 metrə çatır.
 

5. Beliskiy maneə rifi: Mavi dəlik

Beliskiy maneə rifi Laytxaus-Rifin mərkəzində yerləşir. Bu böyük dəliyin eni üç yüz beş metrə, dərinliyi isə yüz iyirmi metrə çatır.
Onun səmadan çəkilən şəkli böyük  mavi dəliyi xatırladır.
 

6. Türkiyə: Kappadokiya

Kappadokiya adlı yer Türkiyədə yerləşir. Bu yer özünün vulkanik mənşəli mənzərəsi və yeraltı mağaraları ilə turistləri özünə cəlb edir. Bura bizim eradan əvvə 1-ci minillikdə yaranıb.
Başlanğıcını qədim xristianlıqdan götürən bu yerdə maraqlı mağara monastrlar yerləşir.
Onu da qeyd edək ki, Kappadokiya YUNESKO-nun ümumdünya irsinə daxildir.
 

7. Çin: Tütək mağarası

Bu yerlər həqiqətə bənzəyir. Bu cür effekti təkcə bu yerin landşaftı yox, həm də burada yerləşən göl verir.
Bu göl dünyanln ən gözəl gölü adlanır. Burada hər şey qeyri-adi formadadır.
Mağaranın gölə düşən əksi nağıl mənzərələri yaradır.
 

8. Şokolad təpələri

Bu yer Boxol əyalətində yerləşir. Bu dağlar 50 kvadratkilometrlik sahəni tutur. Bu təpəliklərin sayını bilmək mümkün  deyil.
Müxtəlif məlumatlara görə, bu təpəliklərin sayı 1200-1800-ə çatır.
Demək olar ki, ilboyu bu təpəliklər yaşıllıqla örtülü olur. Quraqlıq dövründə isə yaşıllıqlar məhv olur və elə bir görüntü əmələ gəlir ki, sanki təpələr şokoladla örtülüdür.
Bu zaman adama elə gəlir ki, sən yad bir planetdəsən.
 

9. Madaqaskar: Çinji-Dyu-Bemaraxa qoruğu

Bu yerlərin ikinci adı “Daş meşə” adlanır. Bu ad ona buradakı qayaların orada qeyri-adi formada olmasına görə verilib.
Buranı görən insanlar bu yerlərin bizim planetə aid olmasından şübhə edirlər. Bu, ancaq təbiətin əli ilə yaradıla bilər.
 

10. Yəmən: Sokotra

Bu yer qitədən ayrı düşmüş yarımadadır. Alimlər belə hesab edirlər ki, bura 6 milyon il əvvəl Afrikadan ayrılıb.
Onu da qeyd etmək lazımdır ki, Sokotra yaşıllıqların qorunub, saxlandığı ən nadir yerlərdən biridir.
Buradakı floranın 1/3-nə dünyanın heç bir yerində rast gəlmək olmur, çünki yalnız burada bitir



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir