Qadın dalaşqanlığının sirri bilindi

Baxış sayı: 1. 629
Ailələrdə ər-arvad qalmaqalının “biokimyəvi” səbəbi aşkarlanıb. Məlum olub ki, qanında qlükozanın miqdarı aşağı olan qadınlar ərləri ilə daha aqressiv davranırlar. ABŞ-ın Ohayo Universitetinin psixoloqu Bred Buşman bu qənaətə gəlib. “Science” jurnalının yazdığına görə, Buşman və onun Kentukki və Şimali Karolina universitetlərindən olan məsləkdaşları 107 evli cütlük seçərək onlara qlukometrlər, gəlinciklər və sancaqlar veriblər. Sınaqdan keçirilənlərin qanlarında şəkərin miqdarı gündə iki dəfə ölçülüb. Nəticədə qanında qlükozanın miqdarı aşağı olan qadınların həyat yoldaşlarını simvolizə edən gəlinciklərə sancaq batırdığı müşahidə olunub. Bu və ya digər təcrübələr göstərir ki, qlükozanın qanda miqdarı 25 faizdən aşağı olduqda, qadın daha aqressiv olur.
Buşman qeyd edib ki, qlükoza soyuqqanlılığı qoruyur və emosiyaları nəzarətdə saxlayır. Digər alim Devid Benton da hesab edir ki, qlükozanın aşağı olması aqressiyanın səbəblərindən biridir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir