zob

Yod çatışmazlığı zob əmələ gətirir

Baxış sayı: 2. 063

İnsan orqanizmində yod çatışmazlığı problemi bəşər tarixinin ilk illərinə təsadüf edir. Hələ eramızdan əvvəl qədim Çin və Hindistanda zob və onunla əlaqədar olan «kretinizm» xəstəliyinin diaqnostikası mövcud idi. Bu potoloji təsvir antik müəlliflərin əsərlərində, o cümlədən Avstriyada tapılmış əlyazmalar kitabında qeyd olunmuşdur. Zob xəstəliyinin yod çatışmazlığı nəticəsində əmələ gəlməsi halı ilk dəfə 1820-ci ildə aşkar olunub. Həmin vaxtlar alimlər bunu ciddi qəbul etmirdilər. Nəhayət, XX əsrin başlanğıcında zobun yayılma səbəbləri müəyyən olunub. Yalnız 1981-ci ildə Avstraliya alimi Bezil Xetsel bu xəstəliyin mahiyyətini araşdırdıqdan sonra, İsveçrədə bu potologiyanın müalicəsi üçün duzun yodlaşdırılmasına başlanıldı.

“Gencaile.az” xarici KİV-ə istinadən yodun insan üçün əhəmiyyətini təqdim edir:

Orqanizmin inkişafı üçün insana qida ilə yanaşı, kimyəvi elementlərin olması da vacibdir. Bu elementlər içərisində yod mühüm rol oynayır. İnsan həyatı üçün mühüm əhəmiyyət kəsb edən yod insan orqanizminə üç yolla – hava, su və qida məhsulları ilə daxil olur.

Zob nədir?

Orqanizmdə yod çatışmazlığı səbəbindən əmələ gələn xəstəliklərdən ən dəhşətlisi boğaz urudur. Tibb elmində «boğaz uru» adlandırılan bu xəstəlik el arasında zob adı ilə məşhurdur. Zob – qalxanabənzər vəzin potologiyasıdır. Bu anadangəlmə və qazanılmış ola bilir. Zobun bir çox növləri mövcuddur: qarışıq, düyünlü, defus toksik, endemik. Bunlar həmçinin zəhərli və adi zob olmaqla da iki yerə ayrılır. Bu vəzin inkişafının dayanması və funksional aktivlikdən qalması ilə müşayiət olunur. Zob xəstəliyinə dağlıq bölgələrdə daha çox rast gəlinir. Belə bölgələrdə yod çatışmazlığı olduğu üçün endemik zoba tutulanlar çoxdur.  Endemik ur qalxanabənzər vəzilərin genetik çatızmazlığı ilə formalaşan xəstəlikdir.

Zob sinir sisteminə təsir edir

Müasir dövürdə zobun ən geniş yayılmış forması defus toksikli urdur. Bu, eyni zamanda zobun ən qorxulu, fəsadlı formasıdır. Mərkəzi sinir və qan damar sisteminin pozğunluğu, ağırlaşması ilə müşayiət olunur. Hətta bu hal mərkəzi sinir sistemini psixoza və ürək çatışmazlığına gətirib çıxarır.

Bu, bir çox kliniki hallarla özünü büruzə verir:

· Ürək tez-tez döyünür
· Gözlər bərəlir
· Bədən əsməyə başlayır
· Xəstədə kəskin arıqlama halları başlayır

Hətta bəzən 80 kiloqram olan biri beş gün ərzində 20-30 kiloqram arıqlaya bilər. Belə xəstədə əsmə halları güclü olur. Ona el arasında «teleqraf sütunu» deyilir.

İlkin əlamətləri:

Xəstə qəribə hallar keçirir: həyəcanlı,  narahat olur, özünə yer tapa bilmir, cümlə qurub danışmaqda çətinlik çəkir, ürəyi sıxılır. Müalicə vaxtında aparılmadıqda bu hallar daha da kəskinləşir, xəstənin vəziyyəti ağırlaşır, tez-tez qorxur, dəli kimi olur. Adi halda ürək 4-5 litr qan vurursa, bu zaman 30-40 litr qan vurmağa başlayır ki, bu da qan-damar sisteminin zəifləməsinə, ürək çatışmazlığına gətirib çıxarır.

Zobu yaradan vasitələr arasında konservləşdirilmiş qidaların da böyük rolu var. Hazırda geniş yayılmış, konservləşdirilmiş qidalar, rəngli sular, şokoladlar, xaricdən gətirilmiş meyvələr zob yaradan vasitələrdir. Onların tərkibinə vurulan maddələr qalxanabənzər vəzin funksiyasına mənfi təsir edir. Qida vasitələri alarkən onun üzərində ekoloji cəhətdən təmiz olduğunu sübut edən yarlıqların olmasına diqqət yetirin.

Zobun müalicəsi

Əsasən üç üsulla aparılır: konservativ, cərrahi və radiaktiv şüalar vasitəsilə: «Konservativ üsul müalicənin olduqca geniş yayılmış formasıdır. Bu müalicə zamanı əsas məqsəd hormonların ifraz olunmasının qarşısının alınmasıdır. Müalicə iki il müddətində aparılır. Bu müddət ərzində müalicə bir nəticə verməsə o zaman cərrahi üsula müraciət olunur. Əməliyyat zamanı qalxanabənzər vəzin bir hissəsi çıxarılır. Qeyd edək ki, cərrahi üsula xəstəliyin əsas əlamətlərini aradan qaldırdıqdan sonra müraciət  etmək daha məqsədəuyğundur. Əks halda xəstə ölə bilər. Cərrahi müalicə daha çox düyünlü zobların aradan qaldırılmasında istifadə olunur.

Ümumiyyətlə, dünya alimlərinin araşdırmalarına görə, zob xəstəliyi tamamilə yoxedilmə funksiyasına malik deyil. Xəstəlik müəyyən müddətdən sonra yenidən baş qaldıra bilər.

Respublikamızda zob kişilərə nisbətən qadınlarda daha çox yayılıb. Mütəxəssislər bunun səbəbini kişilərlə müqayisədə qadınların sinir sisteminin daha zəif olması və onların orqanizmlərində baş verən dəyişikliklərlə izah edirlər. Qadınlarda əsasən, hamiləlik vaxtı və klimaks dövründə zob yaranma təhlükəsi olur. Belə xəstəliyi olan qadınlarda hamiləliyin pozulması halları tez-tez aşkar edilir. Hamiləliklə yanaşı revmotizma xəstəliyi də urun yaranma prosesini sürətləndirir.

Ev şəraitində zobu müalicə edin:

· Dəniz kələminin yarpağını qurudun. Ondan 1 çay qaşığı suya töküb qaynadın. Hər gecə için. Bu prosesi 15-30 dəfə təkrarlayın.

· Feyxuanı ət maşınından çəkib, şəkər tozu ilə qarışdırın (hər ikisi eyni miqdarda olmaq şərtilə). Hər səhər yeməkdən 30-40 dəqiqə əvvəl 2 xörək qaşığı qəbul edin.

· Qurudulmuş öfkənotundan (medunisı) 4 xörək qaşığı götürüb, 1 litr suda qaynadın. Hər gün 50 ml. olmaqla 6 gün qəbul edin.

· Palıd ağacının təzə qabığını boynunuza sürtün.

· Qoz ağacının yarpağını və qozun qabığını  soyuq suya tökün. Yarım saat saxladıqdan sonra 10 dəqiqə qaynadın. Su dolu vannaya töküb, yatmazdan əvvəl vanna qəbul edin. 14-18 gün davam etdirin.

· 1 kiloqram quşarmudunu 1 kiloqram şəkər tozu ilə qatın. Gün ərzində üç dəfə 1 çay qaşığı qəbul edin.

· Təzə şirotunu (pustırnik) əzib, suyunu çıxarın. Ona bir az spirt qatın. Gün ərzində bir xörək qaşığı suya 20 damcı töküb, üç dəfə qəbul edin.

· 10 limonun suyunu, 10 diş əzilmiş sarımsağı balla qatıb, 7 gün qaranlıq yerdə saxlayın. Gün ərzində 4 çay qaşığı qəbul edin.

· Yarım litr arağa 75 qram pişikotu kökünü töküb, 10 gün qaranlıq yerdə saxlayın. Gün ərzində 3 dəfə 1 çay qaşığı için.

· 100 qram bataqlıq zambağı kökünü yarım litr araqla qarışdırın. Qara paraya büküb, 10 gün isti yerdə saxlayın. Gün ərzində üç dəfə olmaqla 1 çay qaşığı südə qatıb için.

·   200 ml. kartof, 200 ml. kök, 100 ml. çuğundur şirəsini qarışdırın. Üç həftə ərzində gündə bir dəfə olmaqla qəbul edin. Müalicəni ildə 4-5 dəfə təkrarlayın. Müalicə zamanı rasionunuzdan yağlı xörəkləri çıxarın.

· Bir stəkan spirti, yarım stəkan qozla və 50 qram arı şanı ilə qarışdırın. İki həftə qaranlıq otaqda saxlayın. Gün ərzində 3 dəfə 10-12 damcı qəbul edin.

· Xalq arasında yayılmış üsullardan biri də boyuna sarı kəhrəba taxılmasıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir