duz

Duzun sağlamlıq üçün zərəri və faydaları

Baxış sayı: 2. 469

Duzun zərərləri

16 yaşından yüksək 2267 nəfər üzərində araşdırma ilə məlum olub ki, hazır qidaların demək olar hamısında insanın ehtiyacından daha çox duz mövcuddur. Britaniya Ərzaq Standartları Agentliyinin araşdırması ilə həmçinin ən çox duz olan qidalar isə çörək, ət və səhər yeməyi ləvazimatlarında olduğunu aşkara çıxarıb.

Normal bir insanın gündəlik duz tələbatı əslində 5 qram olmalıdır. Ancaq araşdırma zamanı məlum olub ki, marketlərdən qida alan insanlar ortalama olaraq 18 gram duz qəbul edirlər. Bu da həkimlərin tövsiyəsindən 3,5 qat çoxdur.

Mütəxəssilər bir çox xəstəliklərin xüsusi ilə də ürək damar xəstəliklərinin və kollestrolun yaranmasında ən böyük səbəb olaraq duzu göstərir. Duzdan istifadə mədəniyyətini ailələrdən gəldiyini bildirən həkimlər xəstəliklərin qarşısını almaq üçün xəbərdarlıq edir. Əgər evdə valideynlər nə qədər az duzdan istifadə edərsə uşaqlar da onlara baxıb duzdan az istifadə edərlər.

Duzun faydaları
Bədənin turşu-əsas tarazlığını qoruyur.
Bədənin elektrolit tarazlığını təmin edir.
Həddindən artıq istidə edən kəslərdə, əzələ krampları meydana gəlir. Bu Kramplardan duzlu su eridilərək xəstə müalicə edilə bilər.
Təzyiqi aşağı xəstələrə duzlu yemək və içki verilərək təzyiq yükseldəbilir.
Süfrə duzu sidik meydana gəlməsini təmin edər. Sidik meydana gəlmədən maddələr mübadiləsinin təhlükəli olan son məhsulları çölə atıla bilməz.
Duz eyni zamanda antiseptik, yəni mikrob öldürücüdür. Qidaların saxlanmasında, şoraba və duzlamalarda istifadə edilə bilər.
Hamiləlikdə yod çatışmazlığı ana qarınındakı körpənin həm beyin, həm də bədən inkişafını mənfi təsir edər.
Hamiləlikdə yod çatışmazlığı aşağılara, ölü doğumlara, körpənin maneəli doğulmasına, körpələrdə zəka geriliyinə və cüceliğe səbəb olar.
Uşaqlıq və gənclik dövründə yod çatışmazlığı fiziki və zehni inkişaf geriliyinə səbəb olmaqdadır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir