İlk baxışdan bu suala cavab heç də çətin kimi gəlmir. Lakin əksər kişilər hələ də iki dəfə böyük ölçülü köynəklər geyinməyə davam edirlər.
Yaxalıq
Düzgün ölçü: yaxalıq boyun parametrinə uyğun olaraq bağlanır, lakin sıxmır. Yaxalıq ilə boyun arasına istənilən yerdə barmaq keçirmək olur.
Köynək balacadır: yaxalıq bağlansada boynunuzu sıxır. Dəriniz ilə onu hiss edirsiniz və bu sizə diskomfort verir. Yaxalıq və boyun arasına barmaq keçirmək olmur.
Köynək böyükdür: yaxalıq boyunla təmas etmir. Yaxalıq boyun arasında maneəsiz barmaq və ya bir neçə barmaq keçirmək olar.
Çiyinlər
Düzgün ölçü: şaquli çiyin tikişi çiyinin bitdiyi yerdə oturmalıdır.
Köynək balacadır: həmin tikiş çiyindən qabaq bitir. Nəticədə qol hissəsinin yuxarısı çiyində qalır. Nəticədə çiyində və qollarda qeyri-standart yığışmalar yaranır.
Köynək böyükdür: köynəyin çiyini çiyindən uzundur, qolaltı böyük olduğu üçün siz onu hiss etmirsiniz.
Bədən
Düzgün ölçü: düymələr rahat bağlanır, düymələr tam ortadadır. Köynək əyninizdə “tökülmür”.
Köynək balacadır: düymələr çətinliklə bağlanır, aralarından bədəniniz görsənir. Köynək dardır.
Köynək böyükdür: parça artıqları sinədə və qarında yığışır, küləkdə köynək yelkən kimi şişir. Şalvarın qıraqlarında sallanır.
Qollar
Düzgün ölçü: köynəyin qolu yuxarıda biraz enli majetdə isə daralaraq konus şəklində olmalıdır. Dirsək seçilməməlidir. Köynəyin qolu uzununa rahat oturmalıdır.
Köynək balacadır: ilk baxışdan hər şey yaxşıdır, lakin ilk tərpənişdə çiyin və dirsək hissələri dartınır.
Köynək böyükdür: manjet tərəfdə köynək xurcun kimi sallanır. Böyük olduğu üçün qola dolaşır.
Manjet
Düzgün ölçü: köynək asanlıqla manjet açılmadan qolda çıxmalıdır. Manjetin altına saat girə bilir.
Köynək balacadır: düyməni açmadan soyunmaq olmur. Manjet qolunuzu sıxır. Saatı yalnız manjetin üstünə taxmaq olur, yoxsa ilişir.
Köynək böyükdür: manjet o qədər enlidir ki, manjetin altına saat və bir neçə barmaq keçirmək olur. Manjet yığışır.
Qolun uzunluğu
Düzgün ölçü: köynəyin qolu əlin başlanğıcına kimi çatır və ordakı sümüyü örtür. Pencəyin altından 1,5 santimentr uzunluğunda bayıra çıxır.
Köynək balacadır: manjet əldəki sümüyü örtmür və pencəyin altından görsənmir.
Köynək böyükdür: majet əlin üstünə düşür. Saat daim manjetin altında qalır.
Uzunluq
Düzgün ölçü: köynəyin uzunluğu üstə qalanda eyni dərəcədə kəmərin üstünü örtməlidir. Beləki, köynəyi şalvarın içinə salmaq olur.
Köynək balacadır: köynək üstə qalanda kəmərin üstünü örtmür. İçəri salanda daima qıraqlardan çıxır.
Köynək böyükdür: köynək o qədər uzundur ki, şalvarın zəncirbəndinin (zamokunun) üstünü örtür. Əgər şalvarınızın içinə salsanız, ayaqlarınızın arasında yığışacaq.