Uşağın sağlamlığı ana bətnində başlayır. Təbii yollarla hamilə qalmaq buna təsir edən amillərdən biridir. “Gencaile.az” Aile.lent.az-a istinadən təbii yollarla hamilə qalmaq üçün bəzi məsləhətlər təqdim edir.
Ana və ata olmaq insanın həyatda yaşadığı ən gözəl hisslərdən biridir. Bu gözəl duyğuya sahib olmağın ilk addımı hamilə qalmaqdır. Ananın hamilə olması onun özünün və gələcək atanın həyatında çox şeyi dəyişir. Bir körpənin dünyaya gəlməsi, onu ilk dəfə qucağa almaq əvəzedilməz duyğudur. Əgər hamilə qalmağı planlaşdırırsınızsa, ruhən və fiziki baxımdan özünüzü buna hazırlamalısınız. Hamilə qalmazdan öncə edəcəyiniz bir çox dəyişikliklər həm hamilə qalma ehtimalını artırır, həm də sağlam hamiləlik keçirərək, sağlam bir körpə dünyaya gətirmək şansınızı yüksəldir.
Övlad istəyən cütlüklərin 85 faizi buna cəhd etməyə başladıqdan sonra 6 ay müddətində hamilə qalma ehtimalı var. Ovulyasiya vaxtınızı öyrənin və yumurtlamadan 1-2 gün əvvəl cinsi əlaqəyə girin. Kişinin nizamlı olaraq boşalması (2-3 gündən bir) spermanın keyfiyyətini və hərəkətliliyini yaxşılaşdırır. Bu, menstruasiya ilə yumurtlama arasındakı vaxtda olmalıdır. Sağlamlığınızı, pəhrizinizi və yaşayış tərzinizi yaxşılaşdırın. Bu, hər iki tərəfə aiddir.
Uşaq sahibi olmağı planlaşdırdığınız zaman əvvəlcə ana və ata öz həyat tərzini gözdən keçirməlidir. Siqaret və spirtli içki hamiləlikdə həm ana, həm də körpənin sağlamlığına mənfi təsir edir. Siqaretin məlum olan ən geniş yayılmış zərərləri düşmə ehtimalının yüksək olması, infeksiyalara yoluxma, vaxtından əvvəl doğuş və s. ola bilər. Bundan başqa “ana və körpə ölümü sindromu” siqaret çəkən anaların körpələrində daha çox rast gəlinir.
Sağlam qidalar yediyinizə əmin olun. Normal çəkinizi qoruyun. Siqaret və ya narkotikdən uzaq durun, spirtli içki içməyin, mütəmadi olaraq idman hərəkətləri və məşqlər edin. Bununla yanaşı qadınlar gündə 0, 4 mq fol turşusu qəbul etməlidirlər. Hamilə qadınlar vaxtlı-vaxtında yoxlamalardan keçməli, qan qrupu, hepatit B və C, QİÇS və s. kimi müxtəlif xəstəliklərə tutulmamalarından əmin olmalıdırlar. 6 aydan bir döş müayinəsi etdirmək məsləhətdir. Diş həkiminə getməyi də təxirə salmayın.
hamile kalmak istiyorum