qocalmaq

Qocalmağın faydaları üzə çıxdı…

Baxış sayı: 1. 710
Alimlər qocalığın insan həyatına faydalarını açıqlayıblar. Bu, nə təsəllidir, nə də xoş söz. Ortada ciddi elmi faktlar var. 
Bir-bir sadalayaq:
 

1. Sən daha az soyuqdəyməyə tutulursan 

İl ərzində neçə dəfə soyuqdəymədən əziyyət çəkmisiz? Əgər sizin yaşınız 18-35 arasıdırsa, bu xəstələnmələrin sayı 3 olacaq. Yaşı 50+ olanlar isə ildə cəmi bir-iki dəfə soyuqdəyməyə tutulurlar. İnsan dünyaya göz açdığı gündən etibarən orqanizmindəki viruslarla amansız mübarizəsi başlanır. Amma yaş artdıqca, orqanizm öz sözünü dedikcə, sənin müqavimət hissin artır. Bir məqamı da unutmayaq ki, allergiya və miqren də daxil olmaqla bəzi xəstəliklər məhz orta yaşda insanları yaxalayır.

2. Sən daha xoşbəxtsən…

İnsan bütün həyatı boyu özünü xoşbəxt hiss etmir. Bu, ancaq bəzi yaş dövrlərində özünü göstərir. Məsələn, 18-20 yaş insanların özünü ən çox xoşbəxt hiss etdiyi illərdir. Yaş artdıqca insanlarda olan xoşbəxtlik faizi get-gedə azalır və bu, 40 yaşında minimuma enir, ardınca isə yenidən artan qrafik üzrə inkişaf edir. Hesablamalar göstərib ki, 60 yaşlı insanların xoşbəxtlik faizi 18 yaşlılarla eynidir.
Məhz bu yaşlarda insan harmoniyaya yaxınlaşır: boş-boş şeylərə görə həyəcanlanmır və daha çox axmaqlıqlar edir.

3. Sən şans oyunlarını daha yaxşı oynayırsan 

Alman alimlər 2012-ci ildə sübut ediblər ki, ildən-ilə insanlar şans oyunlarını daha yaxşı oynayırlar. Bu, heç də o demək deyil ki, təqaüdə çıxan kimi sən kart oyunlarının əlifbasını çözürsən. Əksinə, sən gənclərdən fərqli olaraq öz emosiyalarını daha yaxşı idarə edirsən və ağılsız strategiyalardan uzaqlaşırsan.

4. Daha az həyəcanlanırsan 

2010-cu ildə keçirilən bir başqa araşdırmada isə qeyd olunub ki, yaşlı insanlar daha az həyəcanlanırlar. Araşdırma 340 000 nəfər arasında aparılan sorğu nəticəsində üzə çıxıb. Sorğu iştirakçıları axırıncı dəfə özlərini nə zaman xoşbəxt hiss etmələri ilə bağlı sualı cavablayıblar.
Araşdırma üzə çıxarıb ki, narahatçılığın dərəcəsi 18 yaşdan 50 yaşa qədər artır, ondan sonra isə kəskin şəkildə aşağı düşür. Bu, elə stresin dərəcəsinə də bağlıdır. O, 50 yaşdan sonra azalmağa başlayır. Bundan başqa, yaşlı adamlar arasında səbəbsiz yerə kədərlənənlər azdır.

4. Yaşlısansa daha yaxşı yatırsan

Hamıya məlumdur ki, qocalar çətin yuxuya gedir. Amma alimlər bunun klişe ola biləcəyini istisna etmir. “Sleep” jurnalında dərc olunan araşdırma 150 min nəfər respondent arasında keçirilən rəy sorğusunun nəticələrinə əsasən hazırlanıb. Məlum olub ki, 80 yaşlılar yuxusuzluqdan, yuxu pozulmasından daha az şikayət edir, nəinki 40 yaşlılar. Bundan başqa, rahat yatan 80 yaşlı insan yuxusuzluqdan əziyyət çəkən 40 yaşlı insandan daha sağlam ola bilər.


5. Qohumlarla münasibətin daha da yaxşılaşacaq 

Araşdırmalar onu da üzə çıxarıb ki, 50 yaşdan yuxarı insanların öz qohum-əqrəbası ilə münasibətləri daha da yaxşılaşır. Perdyu Universitetinin alimləri üzə çıxarıb ki, yaşlı insanlar öz qohum-əqrəbaları ilə daha az konfliktə girirlər, dostlarına və doğmalarına daha bağlı olurlar.

6. Sən sivil dünyada yaşayacaqsan

Kriminal statistika sübut edir ki, gənclər yaşlılardan daha çox cinayət törədirlər. ABŞ-da baş tutan həbslərin 50 faizi 25 yaşlıların üzərinə düşür. Odur ki, yaşlılıq daha çox sivil həyat tərzi və daha az kriminal anlamına gəlir. Bu baxımdan yaşlanmağın xeyri həm də kriminalsız, sakit cəmiyyət yaratmaqdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir