Körpələri necə qidalandırmaq lazımdır? – MƏSLƏHƏTLƏR

Baxış sayı: 1. 401

Uşaqların inkişafında, qidalanmanın rolu önəmliidir. Mütəxəssislər 1 yaşı olmayan körpələrə bal, yumurta ağı, şokolad, kakao, çiyələk, pomidor, kivi, fıstıq əzməsi kimi allergiya potensialı yüksək qidalar, dəniz məhsulları, kolbasa, sosiska, konserv və dondurulmuş qidalar, qatqılı, duzlu, souslu, ədviyyatlı hazır qidalar, çərəz, saqqız kimi boğulmaya səbəb ola bilən dənəvər qidaların verilməsinin düzgün sayılmadığını bildirirlər. Bu məhsullar allergiya və zəhərlənməyə səbəb ola bilər.

Səhər və günorta payları arasına əlavə edəcəyiniz meyvə püresi, körpəniz üçün daha ləzzətli ola bilər. Meyvəni yaxşıca yuyun, qabığını soyub dilimləyərək şüşə sürtgəcdən keçirin. Səhər və günorta payları arasına əlavə etdiyiniz bu meyvə püresi körpəniz üçün daha ləzzətli olacaq. 8 aydan sonra isə mərci, tərəvəz şorbaları hazırlayıb vermək olar. Günorta payında veriləcək tərəvəz şorbasına qış mövsümündə kələm, brokoli, ispanaq, kərəviz, gül kələm, təzə paxla və s. əlavə edə bilərsiniz. Körpələrə altıncı aydan etibarən tərəvəz şorbalarına kibrit qutusu böyüklüyündə iki dəfə çəkilmiş yağsız qiymə, yeddinci-səkkizinci ayında isə balıq, mal, toyuq əti əlavə oluna bilər. Səkkizinci və doqquzuncu aylardan sonra körpəyə verilən dolma, plov, makaron, küftə onun iştahını daha da açır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir