geyim

Xanımların nəzərinə: bu stil sizi yaşlı göstərir

Baxış sayı: 1. 565

“Gencaile.az”  Aile.lent.az-a istinadən daha gənc görünmək üçün bir neçə stil tövsiyəsi təqdim edir.

 Yun parça

Cins kimi bəzi parçalar stilinizə gənc və enerjili bir hava qatır. Ancaq yun parçalar əsasən kostyum dəstlərdə istifadə edildiyi üçün sizi daha olqun, yetkin göstərir. Yun yerinə incə cizgili, ya da tünd rəngli parçalara yönələ bilərsiniz.

Balaca optik eynəklər

Retro görüntülər çox xoşunuza gəlir. Ancaq heç bir qadın burnunun ucuna taxılmış eynəkləri ilə gənc görünməz. Əgər optik eynəyə ehtiyacınız varsa, zəncirsiz, şirin və müasir olanlara üstünlük verin.

Boz saçlar

Çox trend olsa da, boz saçlar hər qadını yaşlı göstərir. Ancaq gənc qızlar və orta yaşlı qadınlar bu saç stilinə yönəlməməlidir. Daha yaxşı və gözəl bir görünüş üçün dəri rənginizə uyğun tonlara üstünlük verin.

Enli jilet

Jiletlər əsasən böyük çəkili qadınlar üçün pis seçimdir. Bu jiletlər yerinə bədəninizə tam oturan pencək və ya da blauzerlər sizi daha gənc və müasir göstərəcək.

Mom cinslər

90-cı illərin yüksək bel və bol kəsimli cins şalvarları hər nə qədər yenidən trend olsa da, sizi yaşlı göstərir.

Solğun görünməzinə səbəb olan rənglər

Daha yaşlı görünmənizə səbəb olan şeylərin başında sizə yaraşmayan, solğun göstərən rənglər gəlir. Dərinizi aydınladan rənglərdən istifadə edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir