Ən sürətli avtomobil modeli hazırlandı

Baxış sayı: 1. 873

İtaliyanın Bugatti avtokonserni yeni avtomobil modeli hazırlayıb. “Bugatti Veyron”un xələfi olacaq bu model “Bugatti Hiron” adlanır. “Milli.az” bildirir ki, dünyanın ən sürətli avtomobili 1920-1930-cü illərdə “Bugatti” komandasının tərkibində çıxış etmiş əfsanəvi sürücü Lüi Şironun şərəfinə belə adlanıb.

Konsern cəmi 500 “Hiron” istehsal edəcək.

“Bugatti Hiron”da 1500 at gücünə malik 8 litrlik W16 kvad-turbo mühərrik var. Bu mühərrik avtomobilə 100 km/saat sürəti 2,3 saniyəyə, 300 km/saat sürəti isə 15 saniyəyə yığmağa imkan verir.

Avtomobilin maksimal sürəti 500 km/saatdır.

Cenevrə beynəlxalq avtosalonunda “Bugatti Hiron” rəsmən təqdim olunacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir