Aparılan elmi araşdırmaların nəticəsinə görə, bir çox gözəl qadınlar çirkin kişilərlə münasibətə üstünlük verir. Bunun səbəblərindən biri odur ki, yaraşıqlı kişi qadınlara qarşı nəzakətli, mərd və anlayışlı olmaq baxımından digər kişilərdən geridədir.
Qadınlar isə bunu çox yaxşı hiss edir. Kişilər gözləri ilə sevdiyi halda, qadınlar hisslərinə güvənməyə üstünlük verir. Nəticədə bütün kişilər gözəl qadın axtararkən, qadınlar qüsurlarını “yaraşıqlı olmaq” avantajının arxasına gizlətməyən kişiləri seçir.
“Qarşı cinsdə nə axtardığını” isə onlar ancaq 30 yaşında başa düşür. Əgər 30 yaşında bir qadın yaraşıqlı bir kişi ilə deyil, çirkin biri ilə görüşürsə, həmin qadını təbrik etmək lazımdır. Çünki ancaq ağıllı qadınlar bu cür seçim edir.