Amerika Milli Səhiyyə İnstitutunun (National Institutes of Health) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, hamiləlik zamanı çox miqdarda kartof yeyən qadınlarda hestasion diabetin inkişafının riski artır.
Hestasion şəkərli diabet – diabetin spesifik növüdür ki, hamiləlik zamanı inkişaf edir və doğuşdan sonra əksər hallarda keçir. Hestasion diabet hamiləliyin ciddi fəsadı sayılır və dölün inkişafına mənfi təsir edir. BBC agentliyinin məlumatına görə, alimlər 10 il ərzində 21 000-dən artıq qadının hamiləliyini araşdırıblar. Hamiləlikdən əvvəl bu qadınların heç birində xroniki xəstəliklər olmayıb.
Alimlər qadınların qidalanmasını araşdırdıqdan sonra fikir veriblər ki, həftədə 5 porsiyadan (1 porsiya təxminən 100 qr təşkil edir) artıq kartof yeyən qadınlarda diabet daha tez-tez inkişaf edirdi.
Alimlərin fikirinə görə, bunun səbəbi kartofda olan nişastadır. Məhz nişasta şəkərin qanda kəskin qalxmasına gətirib çxardır. Alimlər hamilə qadınlara daha az kartof yeməyi tövsiyə edirlər – həftədə 1-2 dəfə.