Moda sərhədsiz bir anlayışdır. Yaradıcı təxəyyül isə bu sərhədin ucsuz-bucaqsız sahilləridir. Qeyri-adiliyi sevən, zövqlərinə güvənən xanımlar isə öz dəblərini də yaratmağı bacarır. 2016-cı il isə bu cür çılğın xanımlara şans verir. Bu il xanımlar dəbi alt-üst edərək öz üslublarını yarada bilərlər. “Gencaile.az” Aile.lent.az-a istinadən sizə modanın sərhədlərini aşmağın bir neçə yolunu təqdim edir.
Corablarınızı gizlətməyin
Adətən corablar şalvarın və ya ətəyin altında gizli qalır. Artıq buna ehtiyac yoxdur, corablarınızı gizlətməyin. Dikdaban ayaqqablarınız və ya yay sandallarınızla corab geyərək tərzinizi nümayiş etdirin.
Ətək və idman ayaqqabısı
Sözsüz ki, “ətək və ya donla mütləq hündürdaban ayaqqabı geyilir” deyəcəksiniz. Şərt deyil. Bu tendensiyanı siz pozun. Ətək və ya donla idman üslubunda ayaqqabı geyinmək istəyirsinizsə, heç nə sizin qarşınızı almasın.
Geyim uyğunluğu
Geyimdə uyğunsuzluq zövqsüzlüyün əlaməti hesab edilir. Bu il bu fikri ağlınızdan çıxarın. Artıq xətli, xallı, pələng üslublarını bir araya toplaya bilərsiniz.
Qışda ağ rəng geyilmir
Ağ bu qışın ən trend rənglərindən biridir. Başdan-ayağadək ağ rəngli geyinsəniz sizdən çox tərzli görünən olmayacaq.
Marka vacibdir
Zövqlü və keyfiyyətli geyimlə seçilmək istəyənlər adətən marka və ya brendə üstünlük verir. Artıq keyfiyyətli kombinələr etmək üçün buna ehtiyac yoxdur. Ucuz və zövqlü ayaqqabı ilə marka ətək də bir-birinə yaraşa bilər.
Ofisə kostyumda gedin
Qırmızı xallı və küçə üslubu ilə ofisə gedə bilərsiniz. Sadəcə parçalar və onların bir-birinə kombinə edilməsinə diqqət yetirməniz kifayətdir.
Parıldayan parçalar
Parıldayan geyimlərinizi qarderobunuzda önə çıxarın. Parıldayan parçalardan olan ətək və koftanız sizi məclislərdə seçilənlərdən edəcək.
Az və fərqli aksessuarlar
Aksessuar taxmaqda xəsislik etməyin. İstənilən geyimlə ürəyinizə yatan aksessuarlarınızı bir–birinə qataraq taxa bilərsiniz.
Bağban kombinzonu
Bağban kombinzonu təkcə uşaqlar üçün deyil. Kombinzonu asan kombinə edilə bilən geyimdir. Hara istəsəniz kombinzon geyinin, lakin kombinəsinə diqqət etmək şərtilə.
Busqalteriniz görünməsin
Artıq geyiminizin altından busqalterinizin görünməsindən çəkinməyin. Əgər o fərqli və gözəldirsə qoyun görünsün.