ipoteka_280115

İpoteka borcu olanlara XƏBƏRDARLIQ

Baxış sayı: 1. 881

“Marja”nın əldə etdiyi məlumata görə, əgər müştərinin sığorta polisinin vaxtı bitibsə və sığorta polisi aktiv deyilsə, onun aylıq ödənişinin edilməsinə məhdudiyyət qoyulacaq.

İpoteka Fondunun qərarına əsasən, 1 mart 2016-ci il tarixindən ipoteka kreditlərini ödəyən müştərilər sığortalarını ödəməyibsə, sığorta ödənişləri APUS sistemində çıxacaq. Sığortaya ödəniş edilməsə, kreditin ödənişini ödəmək mümkün olmayacaq.

Qeyd edək ki, AİF-in şərtlərinə görə, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır.

Həmçinin, ipoteka götürənin həyat sığortası müqaviləsi olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir