sevgi

İlk görüşün necə keçdiyini göstərən – ƏLAMƏTLƏR

Baxış sayı: 1. 453

Yenicə tanış olduğunuz biri ilk görüşdə bunları edirsə, diqqətli olun. Siz də bunları yaşamısınızsa, deməli, sizdə heç nə alınmadı!

Keçmiş sevgilisindən bəhs edirsə
Demək  keçmiş sevgilisini hələ də unutmayıb. Pis, ya yaxşı biri olmasndan danışması, onunla bir gələcək qurmamanıza bir işarədir.

Tez getməlidirsə
Hələ 5 dəqiqədi oturmusuz və “gecikirəm, getməliyəm”  deyirsə, bu,  yaxşıya işarə deyil. İkidə bir telefonuna, saata baxırsa, vaxt keçirmək üçün eksrtra cəhd göstərir demək.

Səssizlik
Bu, ilk görüşdə çox hallarda olur. Səbəb həyəcan, gərginlik ola bilər. Bəzən isə sizinlə danışmağa bir şey tapa bilmədiyindən irəli gələ bilər.
Xoş, həyəcanlı bir “səssizliklə”, “sənə deyəcəyim başqa sözüm yoxdur” səssizliyi arasındakı fərqi duymaq asandır.

Tez-tez telefonunu yoxlayırsa
Görüşünüz elə telefonunu yoxlaması, telefon danışıqları ilə keçirsə, deməli, bir an əvvəl sizi yola verib evə getmək istəyir.

Sizinlə bağlı heç nə soruşmursa
Görüşü bütünlüklə özü haqqında danışmaqla keçirdisə, bu, elə də yaxşı nəticə deyil.

Üzərinizə bir şey töküb “sənə nifrət edirəm” dedisə, deməli, heç bəxtiniz gətirmədi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir