Ən çox tibb bacıları boşanır – ARAŞDIRMA

Baxış sayı: 1. 755

Diş həkimləri daha çox başqa peşənin sahibləri ilə evlənirlər. Ən çox boşanan peşə sahibləri isə dekoratorlardır. Bu maraqlı faktları amerikalı sosioloqlar üzə çıxarıblar. 2014-cü ildə ABŞ-da dantistlərin 81%-i evləniblər və ya ərə gediblər. Bundan başqa, baş direktor vəzifələrində çalışan adamlar da tənha yaşaya bilmirlər. İstehsalat sahəsində çalışanlar, terapevtlər, ortopedlər, okulistlər və zəhmət adamları da evlənməyi arzu edirlər.

Ancaq bəzi peşə sahibləri var ki, onlar tənhalığa məhkumdurlar. Bunlara kinomexaniklər şamil edilir. Sosioloqlar ən çox boşanan peşə sahibləri haqda da söz açıblar. Sən demə, ən çox boşanan adamlar dekoratorlar, qazma qurğularının operatorları, tibb bacıları, sosial işçilər, malaçılar və hərbçilərdir. Onların nikahları uzun sürmür.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir