imtahan

İmtahanda uğur qazanmaqçün 9 qayda

Baxış sayı: 1. 700

İmtahanda uğur qazanmaq üçün doğru qidalanmaq lazımdır. Çünki sağlam qidalanmayan insanın beyni effektiv fəaliyyət göstərə bilməz.

“Gencaile.az” “Publika.az” istinadən imtahandan öncə əməl edilməli olan qaydaları təqdim edir:

1. Yeni dadlar kəşf etmək üçün yaxşı vaxt deyil. Bu günə qədər dadını bilmədiyiniz qidalardan uzaq durun. Çünki belə qidalar allergiya və ya başqa reaksiyalar meydana gətirə bilər.

2. Bir müddət mədə və bağırsaq sistemində qaz toplanmasına səbəb olan brokkoli, gül kələmi, noxud, quru lobya kimi qidalardan vaz keçin.

3. Həddən artıq duzlu və ya şəkərli qidalar yeməyin.

4. Fiziki və zehni baxımdan güclü olmaq üçün səhər yeməyi yeyin. Araşdırmalar səhər yeməyi yedikdən sonra imtahana girən uşaqların daha uğurlu nəticələr əldə etdiklərini göstərir. Səhər yeməyində pendir, yumurta, pomidor, xiyar yeyilməlidir.

5. İmtahandan öncəki həftə bol miqdarda balıq yeyilməli və ya balıq yağı qəbul edilməlidir.

6. Kişmiş, qoz və qurudulmuş əncir diqqəti cəmləşdirməyə kömək edir.

7. Az miqdarda tünd şokolad yeyilə bilər. Bu imtahan stressini azaldacaq.

8. İmtahandan əvvəlki gecə meyvə yeməyin. Süd içmək və badam yemək məsləhətdir.

9. İmtahandan öncə həddən artıq su və çay içməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir