İnəklə öküzün toyuna 27 min dollar xərclənib

Baxış sayı: 1. 700
Hindistanın qərbində yerləşən Hudcarat ştatında öküzlə inəyin toy mərasimi keçirilib.  Lenta.ru saytının xəbərinə görə, mərasimə 27 min dollar vəsait xərclənib. 300 nəfərin qatıldığı tədbir bütün dünyanın diqqət mərkəzində olub. Heyvanların sahibləri təmtəraqlı tədbir keçirməklə sözügedən heyvanların Hindistan mədəniyyəti və insanları arasında mühüm rolu olduğunu qabartmağa çalışıblar.
Arcun ləqəbli “bəy” və Punam ləqəbli “gəlin”i isə mərasimə xüsusi avtomobillə gətiriblər. Sahibinin sözlərinə görə, inəyinə doğma qızı kimi yanaşır: “Mən 30 ildən artıqdır ki, inəklərlə yaşayıram. Ona görə də heyvanların gerçəkdən nəyə layiq olduğunu məndən yaxşı bilən yoxdur”.
Tədbir hind ritualları ilə keçirilib. Daha öncə Amerikanın Uttar-Pradeş ştatında iki itin toy mərasimi keçirilib. 5 min qonağın dəvət olunduğu mərasimdə eyni zamanda dicey də çıxış edib, toydan sonra isə heyvanlar xüsusi bəzədilmiş maşında evlərinə aparılıblar.
İnək Hindistanda müqəddəs heyvan hesab olunur. Hindistan ərazisinin böyük hissəsində onların öldürülməsi qadağan olunub.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir