Avtomobil brendlərinin reytinqində beşinci yeri Volkswagen tutur. Bu alman markasının dəyəri 10 milyard dollara yaxındır və artmaqda davam edir. Reytinq siyahısında şirkətin çoxsaylı törəmə müəssisələri nəzərə alınmayıb, əks halda Volkswagen siyahının başında durardı.
Amerikanın Ford konserni siyahıda 45-ci yeri tutub. Onun dəyəri 8 milyard dollar təşkil edir. Son illər bu göstərici sürətlə olmasa da, ardıcıl olaraq yüksəlməkdə davam edir.
Avtomobil brendləri arasında yeddinci yerdə Koreyanın Hyundai şirkəti qərarlaşıb. Bu marka gəlirlərinin son dərəcə sürətlə artması ilə öyünə bilər. Ötən illə müqayisədə brendin dəyəri 24 faiz yüksəlib və indi 7 milyard dollardır (bu göstəriciyə görə, Hyundai Audi-ni 0,2 milyard dollar üstələyir).
Yerqazan nəqliyyat vasitələrinin və dizel mühərriklərinin iri istehsalçısı olan Caterpillar (CAT) bu sahədə populyar brend olaraq qalır. CAT brendinin dəyəri 6,2 dollar təşkil edir.
Porsche və Nissan markaları reytinqdə yanaşı mövqe tutublar. Alman avtomobil istehsalçısı kiçik üstünlüklə (150 milyon məbləğində fərqlə) rəqibini üstələsə də, gələn il Nissan-ın rəqibini haqlamaq və ötüb keçmək üçün hər cür şansı var.
Daha bir avtomobil brendi Kia öz tarixi ərzində ilk dəfə yüzlüyə düşüb. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu Cənubi Koreya brendinin dəyəri 4 milyard dollardan bir az çoxdur.
Harley Davidson markası zaman keçdikcə “şose motosikleti” kimi tanınıb. Bu gün bu əfsanəvi baykların istehsalçısının brendi 3,8 milyard dollar dəyərində qiymətləndirilir.
Reytinqi bütün dünyada məşhur olan Ferrari tamamlayır. O, ümumi siyahının 99-cu pilləsində qərarlaşıb. Bu ticarət markasının dəyərində beş faizlik artım sayəsində indi onun dəyəri 3,7 milyard dollar təşkil edir.