ALBERT DESALVO – ABŞlı qatil olan və “Boston Qəssabı” olaraq adlandırılan Desalvo, 13 qadını vəhşicə qətlə yetirdi. Məharətli vəkilləri səbəbiylə cinayətlərdən cəza almayan lakin təcavüz günahından ömür boyu həbsə məhkum edilən Desalvo, 1973-cü ildə bir məhkum tərəfindən bıçaqlanaraq öldürüldü.
ALBERT FİSH – İlk cinayətini 1910-cu ildə işləyən, Vaşinqtonda doğulan qatil, məşhur ”Quzuların Səssizliyi” filminə mövzu oldu. Öldürdüyü insanların ətlərini yeyən adamyeyən ruhlu qatil Fishin elektrikli kürsüdə edam cəzasını eşidincə ”Elektrikli kürsüdə ölmək nə də böyük zövq olacaq” deyə fikir bildirməsi diqqət çəkmişdi.
KARL PANZRAM – Türkiyədə “Bir Qatilin Gündəliyi” adıyla göstərilən filmdə həyatından danışılan Panzram, 21 cinayət və saysız ağır cinayət törədib. Dünya turuna çıxdıqdan sonra döndüyü ABŞda oğurluq cinayəti səbəbiylə həbs olunan və həbsxanada da bir adamı öldürən Panzram, 5 Sentyabr 1930-cu ildə edam edildi.
DENNİS NİLSEN – 15 gənc insanın öldürülməsindən məsul tutulan İngilis qatil Nilsen’in cinsi azğınlıqları olduğu təsbit edildi. 1978-ci ildə cinayətlərinə başlayan Nilsen, öz evində saxladığı cəsədlərin qoxu yayması nəticəsində tutuldu və ömür boyu həbs cəzasına məhkum olundu.
Harold Shipman – İngilis Doktor Harold Shipmanın 27 illik peşə həyatında 250 adamı öldürdüyü hesabatla sənədləşdirilib. Xəstələrini yüksək dozada morfinli öldürdüyü təyin olunan Shipman, 1998-ci ildə işlədiyi bir cinayətin ardından həbs olundu və ömür boyu həbs cəzasına məhkum olundu. Cani həkim hücrəsində intihar etdi.
Dahmer – 1960 doğulan olan Dahmer ilk cinayətini 18 yaşında bir zəncini öldürərək işləyib. 1978-1991 illər arasında çoxu zənci olmaqla 17 adamı öldürdüyü bilinən Dahmerin, öldürdüyü insanlara müxtəlif əziyyətlər verdiyi hətta bəzilərinin ətini yediyi də təyin olunub. ABŞlı qatil, 28 Noyabr 1994-cü ildə həbsxanada başına dəmirlə vurularaq öldürüldü.
EARL LEONARD NELSON – ”Qorilla Qatil” olaraq adlandırılan və 18 aylıq bir səfər boyunca 18 qadını mərhəmətsizcəsinə öldürən Nelson 1920-ci illərdə Amerikada işlədiyi cinayətlərlə ictimaiyyətin nifrətini üzərinə çəkdi. Neslon tutulduqdan bir müddət sonra həbsxanadan qaçmağı bacarsa da, 12 saat sonra tutuldu və edam edildi.
PEDRO LOPEZ MONSALVE – Kolumbiyalı qatilin 1970-ci illərdə Kolumbiya, Peru və Ekvadorda 300 adam öldürdüyü sənədləşdirildi. Ən çox insan öldürən qatil olan Monsalve’nin 60 qız və oğlan uşağını təcavüz etdikdən sonra öldürdüyü təxmin edilir.