Polşanın Vrotslav şəhərində anası iki ay əvvəl ölmüş uşaq dünyaya gəlib.
“Gencaile.az” “NTO” agentliyinə istinadən xəbər verir ki, hamiləliyin 17-ci həftəsində 41 yaşlı qadına beyin ölümü diaqnozu qoyulub. Məlumata görə, qadın xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Müasir texnologiyanın köməyi ilə qadının orqanizminin həyat üçün vacib orqanlarını çalışdırmaq mümkün olub. Qadının faktiki ölümündən 55 gün sonra uşağı qeysəriyyə əməliyyatı ilə xilas ediblər. Uşağın çəkisi iki kiloqram olub və iki ay müddətində aktiv terapeya bölməsində saxlanılıb.
Sonradan uşağı atasına veriblər. İndi uşağın çəkisi üç kiloqramdır və o, tamamilə sağlamdır.