Dünyanın ən çətin 8 dili – ARAŞDIRMA

Baxış sayı: 1. 660
Dialektləri nəzərə almasaq, bu gün dünyada insanlar demək olar ki, 3000-ə yaxın dildə danışır. Linqvistlərin apardıqları araşdırma nəticəsində öyrənilməsi ən çətin olan 8 dil məlum olub:Çippeva dili – Şimali Amerika hindu qəbiləsinin dilidir. Bu dildə 6 mindən çox fel forması mövcuddur. Bu, digər dillərlə müqayisədə daha böyük rəqəmdir.

Çin dili – Çin dilinin öyrənilməsində əsas çətinlik heroqliflərdir. Çin dilində heroqliflərin sayı 50.000-ə yaxındır. Bununla yanaşı, bir heroqlif müxtəlif mənalar da daşıya bilər.

Tabasara dili – Tabasara dilindən Dağıstan ərazisində istifadə edilir. Bu dildə ismin 48 halı mövcuddur.

Sanskrit dili – allahların dili adlandırılan sanskrit dilinin ümumi qrammatikasını öyrənməyə 12 ilinizi sərf etməli olacaqsınız.

Abaz dili – Abaz dilində Qaraçay-Çərkəz Respublikasında danışırlar. Bu dil haqqında adətən belə deyirlər: “Bu dili əgər uşaqlıqdan bilmirsənsə, böyük yaşlarında onu öyrənmək demək olar ki, qeyri-mümkündür”. Bunun səbəbi isə dilin çətin fonetikasıdır.

Bask dili – Bask dilinin çətinliyi onun qrammatik xüsusiyyətləri ilə bağlıdır. Hətta İkinci Dünya müharibəsi zamanı bu dildən şifrə kimi də istifadə edibər.

Rus dili – Əcnəbilərdə demək olar ki, bu dillə bağlı hər şey çətinlik yaradır: hallanma, fel, sinonimlər, sözdüzəltmə üsulları. Ruslar üçün adi gələn dialoqlar belə əcnəbilərə anlaşılmaz gəlir.

İngilis dili – Bu dildə hərflər tələffüz edilən səslərlə uyğun gəlmir, söz yazıldığı kimi oxunmaya bilər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir