Danimarkanın Ali Məhkəməsində ilginc məhkəmə prosesi baş verib.
Belə ki, iddiaya qadın saç düzümlərinin kişilərinkinə nisbətən daha baha olması səbəb olub. “The Copenhagen Post”un xəbərinə görə, məhkəmə qərar verib ki, əslində bu iki saç düzümü texniki baxımdan bir-birindən fərqlidir, qadınların saçı kişilərə nisbətən daha çətin başa gəlir, əziyyət tələb edir.
Ona görə də hər iki saç düzümünün tarifi arasında fərq təhqiramiz və ədalətsiz görünə bilməz. Halbuki bundan əvvəl qadın müştərilər tərəfindən bu məsələ ciddi narazılıq yaratmış və cinsi ayrı-seçkiliyin təzahürlərindən biri kimi qiymətləndirilmişdi. Amma məhkəmə araşdırması zamanı Gender Bərabərliyi İnstitutu və Danimarka İndividual Saç Ustaları Dərnəyi ekspertlərindən də rəy alınıb.
Hər iki qurumdan verilən ekspert rəyində qeyd olunub ki, sözügedən tarif fərqi heç də qadınları təhqir etmir, əksinə, onlarla bağlı xidmətin daha həssas və estetik olduğunu sübut edir.