Xezer babayev

Abituriyentlər nələri nəzərə almalıdır? – EKSPERT ŞƏRHİ

Baxış sayı: 946

Abituriyentlər ixtisas seçiminə başlayır. Bu, onların gələcək həyatlarına yön verəcək mühüm seçimdir. Bəs onlar indiki mərhələdə xüsusilə nələri nəzərə almalı, ixtisas-peşə seçimini necə, hansı meyarlar əsasında aparmalıdırlar?

Təhsil eksperti Xəzər Babayev deyir ki, bu sahədə mütəxəssis olduğunu bildirən şəxslər sosial şəbəkələrdə özlərini reklam edərək abituriyentlərə dəstək olacaqlarını elan edirlər: “Təbii ki, bu xidməti ödəniş qarşılığında göstərirlər. Çox təəssüflər olsun ki, bu ixtisas seçimləri bir çox hallarda yalnız mexaniki olaraq həyata keçirilir . Belə ki, abituriyentin topladığı bala baxılaraq, onun qəbul ola biləcəyi  ixtisasların keçənilki qəbul balları nəzərə alınaraq ona uyğun şəkildə ehtimala dayalı olaraq həyata keçirilir. Məsələn deyək ki, şagird  3-cü qrup üzrə 550 bal toplayıb. Bu zaman bu qrupda olan ixtisasların keçid ballarına baxılır və təxmini 40-50 bal aşağı-yuxarı olmaqla kodlaşdırma aparılır. Bu, artıq mexaniki ixtisas seçimidir, demək olar ki”.

Bəs əslində, ixtisas seçimi necə edilməlidir, nələr mütləq nəzərə alınmalıdır?

Təhsil eksperti hesab edir ki, abituriyentlərin seçiminə görə universitetlər də məsuliyyət daşıyır: “Ali təhsil ocaqları il ərzində özlərini, ixtisaslarını və bu ixtisasların özəlliklərini, perspektivlərini geniş şəkildə ictimaiyyətə təqdim etməlidirlər. Təəssüflər olsun ki, bunu edən ali təhsil ocaqlarının sayı bir əlin barmaqlarının sayından da azdır. (ADA , BMU, Qərbi Kaspi Universiteti)”.

Bəs abituriyent ixtisas seçərkən universitetin hansı xüsusiyyətlərinə diqqət etməlidir?

ixtisas secimi

Xəzər Babayev hesab edir ki, universitetin iş dünyası, təşkilatlar, şirkətlərlə əlaqələrinə, nüfuzlu reytinq təşkilatlarının reytinlərindəki yerinə,  xarici dilləri tədrisi səviyyəsinə, innovasiyaları nə dərəcədə izləməsinə, tədris proqramını yeni çağırışlara uyğunlaşdırmasına, məsələn, nanotexnologiyalar, blokchang və s. yeniliklər barədə bilgiləri verib-vermədiyinə baxmaq lazımdır. “Şübhəsiz, bu siyahını uzatmaq da olar, ancaq ən azı minimal göstəriciləri nəzərə almaq lazımdır. Universitetlər də özlərini ardıcıl şəkildə yeni çağırışlara uyğunladırmalıdır” – deyə ekspert bildirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir