abş

ABŞ torpaqlarına sahib 10 AİLƏ

Baxış sayı: 1. 887

ABŞ-ın 10 ən böyük özəl torpaq sahibkarlarının fərdi biznesləri var, onlar milyardlarla sərvət sahibiləridir və xeyriyyəçiliklə məşğul olurlar. Onların sahib olduqları torpaqların ərazisi hər il 1000 hektar artırır. Onların bəzilərini gəlir maraqlandırır, bəziləri dünyamızın taleyi və ekologiyadan narahatdır, digərləri isə şəxsi məqsədləri ilə rəhbərlənirlər.

Torpaq sahibkarları arasında artıq neçənci nəsil bu işlə məşğul olan və 100 illik tarixə malik ailə sülaləri, eyni zamanda torpaq biznesində təzəcə milyon qazanmış şəxslər var. Amerikanın 10 ən böyük özəl torpaq sahibkarlarına məxsus torpaqları cəmləşdirsək bu 5.5 milyon hektar və ya 55 min km2 ərazi edəcək. Öz növbəsində bu göstərici ABŞ-ın bəzi ştatlarından (Merilend, Konnektikut, Havaii) böyükdür. Fins.az xarici mətbuata istinadən ABŞ-ın əslində kimə məxsus olduğunu araşdırıb.

10. Pinqri ailəsi 

Ailəyə məxsus ümumi torpaq sahəsi: 336 min hektar

Pinqri sülaləsinin banisi, tacir Devid Pinqri 1841-ci ildə Men ştatında meşə sahələrini satın almağa başlayıb. 7 nəsil sonra ailəyə əsasən Men və Nyu-Hempşir ştatlarında 336 min hektar torpaq sahəsi məxsusdur. Öz torpaq mülkiyyətini fabriklərin tikilməsi üçün satışa çıxaran tipik torpaq sahibkarlarından fərqli olaraq, Pinqri ailəsi müxtəlif korporasiyalar ilə əməkdaşlıq edərək, qərərvermə hüquqlarını bu günə qədər qoruyub, saxlayıblar. Eyni zamanda ailə onlara məxsus torpaqlarda aparılan bütün işlərin mövcud ekoloji standartlara uyğun olmasına da nəzarət edir.

1964-cü ildə Pinqri varisləri ailəyə məxsus bütün torpaqların idarəsi ilə məşğul olan “Seven Islands Land Company” şirkətini təsis etdilər. Pinqri ailəsi hər zaman gəlirdən öncə ətraf mühitin qorunmasına diqqət yetririb. Pinqrilərə məxsus torpaqların ¾-dü xüsusi mühafizə olunan təbiət ərazisi statusuna malikdir. Bu ərazilərdə vəhşi heyvanların təbii yaşayış mühüti dəstəklənir. 

9. Sten Kronke 

Ona məxsus ümumi torpaq sahəsi: 343 min hektar

Sten Kronke – Amerikanın ən böyük və ən zəngin tikinti sahibkarlarından biridir. Londonun “Arsenal” futbol klubu daxil olmaqla bir neçə idman komandaları ona məxsusdur.

Kronke sərvətinin əhəmiyyətli hissəsini torpaq sahələrinin alınmasına xərcləyir. Arizona, Montana və Vayominq ştatlarında milyarderə məxsus olan torpaq sahələrinin ölçüsü Nyu-Yorkun ümumi ərazisindən 4.5 dəfə çoxdur. 2012-ci ildə Kronke Montanda, Qayalı dağlar yanında qiyməti 132 milyon dollar, ərazisi isə 50 min hektar (2 Birmingem ölçüdə) olan bir təsərrüfat (ranço) aldı. Ərazidə sahəsi 930 km2 olan hovzulu ev də var. Bu təsərrüfat (ranço) milyarder üçün kapitalının qorunub, saxlanılması və ya istirahəti üçün lazım deyil. Rançodan əsas elit mal-qara növlərinin yetişdirilməsi üçün istifadə olunur.

2016-cı ildə Kronke sərvətinin 1/10 hissəsini xərcləyərək, Texasda ABŞ-ın 20 ən böyük mal-qara təsərrüfatlarından (ranço) biri olan “Waggoner Ranch” alıb  Bu satınalmanın təqribi bazar qiyməti 655 milyon dollardır. Ranço ərazisində Kronke dəbdəbəli iqamətgah tikmək, qalan əraziləri isə buğda əkini və heyvandarlıq məqsədləri üçün istifadə etmək fikrindədir. 

8. Kinq ailəsi

Ailəyə məxsus ümumi torpaq sahəsi: 369 min hektar

Texasın cənubunda geniş ərazilər artıq 150 ildən çox müddətdir ki, Kinq torpaq sahibkarları sülaləsinə məxsusdur. Təşəbbüskar iş adamı Riçard Kinq hələ 1853-cü ildə burada torpaq ərazilərini satın almağa başlamış və ona məxsus torpaq sahələrini ölümünə qədər (1885-ci il) genişləndirməyə davam edib. Bu gün “Kinq Rançosu” Texasda ən böyük təsərrüfat sahəsidir və ştatın 6 dairəsinin ərazisi də ona daxildir. Riçard Kinq haqqında bu günə qədər onlarla kitab yazılıb, hətta rançonun yaxınlığında yerləşən şəhər də onun adını (Kinqsvill) daşıyır. 1961-ci ildə “Kinq Rançosu”milli tarixi abidə statusu alıb.

Kinq ailəsinə məxsus torpaqlar ictimaiyyət üçün açıqdır. Ərazidə turistlər üçün ekskursiyalar təşkil olunur, yerli fermerlərə təbiətə zərər vurmayan, müasir metodlarla təsərrüfat işləri aparmaq öyrədilir. Eko-turistlər buranın daimi qonaqlarıdır. “Kinq Rançosu”nda balıq tutmaq, velosiped sürmək, quşları izləmək mümkündür.

Rançonun ərazisi o qədər genişdir ki, sahibkarlar burada təkcə heyvandarlıq və əkinçiliklə deyil, hətta neft və qaz çıxarılması və onun emalı ilə məşğul olurlar. 

7. Sinqlton ailəsi

Ailəyə məxsus ümumi torpaq sahəsi: 450 min hektarSingletonFamily

Henri Sinqlton ABŞ Milli Elmlər Akademiyasının üzvü, ABŞ elektrik enerjisi istehsal edən böyük bir şirkətin “Teledyne, Inc” təsisçi-rəhbəri olub. 1980-ci illərin ortasında Sinqlton torpaq sahələrinə yatırım etməyə başlayır və Nyu-Meksiko və Kaliforniya ştatlarında rançolar alır. 14 il ərzində sahibkar 28 ranço əldə edərərək, ABŞ-ın və eyni zamanda dünyanın ən böyük özəl torpaq sahibkarlarından birinə çevrilir. 1999-cu ildə Nyu-Meksiko ştatının 1.5% ərazisi Henri Sinqltona məxsus idi. Sinqltonun ölümündən sonra rançonun idarəsi onun 5 övladına keçib.

Sinqltonlara məxsus torpaqların bir hissəsi, Nyu-Meksikonun tarixi ərazisində, Santa-Fe şəhərinin cənubunda yerləşir. Bu ərazidə arxeoloji qazıntılar aparılır, Sinqltonlar isə tarixçilərlə əməkdaşlıq edərək, bölgənin mədəni irsinin qorunmasını dəstəkləyirlər. 

6. İrvinq ailəsi

Ailəyə məxsus ümumi torpaq sahəsi: 485 min hektar

Ailənin banisi Kennet Kolin İrvinq, əsli Kanadadan olan böyük sənayeçi, dünyanın ən varlı 15 adamından biri olub. Bu gün neft və qaz hasilatı, meşə sənayesi, tikinti və telekommunikasiya ilə məşğul 300 yaxın fərqli şirkətlər onun oğul və nəvələrinə məxsusdur.

Ailəyə təkcə ABŞ-da 485 min hektar torpaq sahəsi məxsusdur. Bundan əlavə Kanadada 800 min hektar İrvinqlərə aiddir. Buna görədə İrvinq ailəsi dünyada ən böyük özəl torpaq sahibkarı hesab olunur.

Bu reytinqdə sahib olduqları torpaqların ekologiyasına diqqət edən sahibkarlardan fərqli olaraq İrvinqlər tez-tez təbiət mühafizəkarları tərəfindən tənqid olunurlar. Ekoloqlarla birgə onlar hesab edirlər ki, İrvinqlərin başlıca startegiyası “Hər şeyi məhv edib aradan çıxmaqdır”. 

5. Rid ailəsi

Ailəyə məxsus ümumi torpaq sahəsi: 565 min hektar

ABŞ-ın 150 ən varlı ailələri siyahısına daxil Ridlər ağac emalı ilə məşğuldular. Artıq ailənin 5-ci nəsli “Green Diamond Resourse Company” şirkətinə rəhbərlik edir. Vaşinqton, Oreqon və Kaliforniya ştatlarında torpaq və meşə sahələri Ridlərə məxsusdur. ABŞ-ın ən böyük özəl torpaq sahibkarları siyahısına Ridlər təzə daxil olublar. Torpaqlarının təqribən yarısını (243 min hektar) Ridlər 2014-cü ildə satın alıblar.

“Green Diamond Resourse Company” şirkəti ABŞ-da mövcud bütün ekologiya standartlarına cavab verir və ağac emalı ilə məşğul olan digər sənaye şirkətlərə örnək ola bilər. Öz nizamnaməsinə görə şirkət istifadə olunan ərazilərində su və torpaq resurslarını, vəhşi flora və fauna növlərini, mədəniyyət və tarixi abidələri qorumalıdır. 2015-ci ildə “Green Diamond Resourse Company” şirkətin 125 illiyində Ridlər ərazilərində sayca 100 milyonuncu ağacı əkiblər.

2000-ci ildə şirkətin təsdiqlədiyi fəaliyyət planına əsasən Ridlərin torpaqlarında 51 vəhşi heyvan növü və onların təbii yaşayış mühiti qorunacaq. Şirkətin illik istehsal dövründə torpaqların cəmi 2 %-dən istifadə olunur, istifadə olunmuş ərazilərdə isə meşə örtüyünün artım dövrünün arası kəsilməməsi üçün dərhal yeni ağaclar əkilir. 

4. Bred Kelli

Ona məxsus ümumi torpaq sahəsi: 670 min hektar

Böyük tütün maqnatı olan Bred Kelliyə Nyu-Meksiko, Texas, Vayominq və Kolorado ştatlarında bir çox torpaq sahələri məxsusdur. Kellinin sözlərinə görə onun ABŞ-ən ən böyük torpaq sahibkarlarından biri olmaq fikri yox idi. Bu günün milyarderi fermada doğulub, böyüyüb buna görə də torpaq ona uşaqlıqdan yaxın və tanış olan bir məfumdur.

Özünü ilk torpaq sahəsini Kelli 17 yaşında, məktəbi bitirən kimi satın aldıb. Bir müddət sonra sahibkar torpaq investisiyalarını öz kapitalının artımı üçün ən uyğun metod olduğunu anladı. Kelli sərfəli yatırımlar etməyi bacarır. Onun satın aldığı aktivlərin qiyməti son 5 ildə 2 dəfə artıb. Milyarder rançoların idarəedilməsində iştirak etmir, o ancaq ərazilərə pul yatırır, torpaq sahələrini satın alır. Torpaqda icarəçi statusunda öncəki sahiblər işləyirlər.

Bred Kellinin hobbilərindən biri yeni mal-qar növlərinin və nadir növ heyvanların yetişdirilməsidir. Bu istqamətdə Keilli zooparklar və vəhşi təbiətin qorunması fondları ilə yaxından əməkdaşlıq edir. Onun fermalarında cırtdan camışlar, antiloplar, vəhşi öküzlər, tapir, begemot və kərgədanlar yetişdirilir. 

3. Emerson ailəsiemerson-hartsock-family

Ailəyə məxsus ümumi torpaq sahəsi: 770 min hektar

Kaliforniyada torpaq və meşə sahələri Emerson ailəsinə məxsusdur. Emirsonların əraziləri hər il genişlənir. Təkcə 2015-ci ildə 22 min hektar sahəsi olan torpaq ərazisi ailəyə məxsus ümumi torpaq sahəsinə qatıldı. Ailə başçısı Arçi Emerson Kaliforniyanın ən böyük özəl torpaq sahibkarıdır.

Artıq bir neçə nəsil Emirsonlar meşə emalı işi ilə məşğuldur. ABŞ-da mişarlar istehsalı üzrə ikinci ən böyük şirkət “Sierra Pacific Industries” bu ailəyə məxsusdur. Bu ailə də sahib olduqları torpaqların ekologiyasına qayğı yetirir. Hər il fermerlər Emirson torpaqlarının cəmi 1%-dən bir qədər çox hissəsini istifadə edirlər. Emal üçün istifadə olunmuş ağacların yerində isə hər dəfə yeniləri əkilir.

Dünyanın istənilən bir nöqtəsində yaşamaq imkanları olan milyarderlər Kaliforniyadan heç yana getməyəcəklərini söyləyirlər. Arçi Emirsonun sözlərinə görə o, uşaqlıqdan meşəyə getməyi sevir və onun üçün öz torpaqlarında balıq tutmaq və ya ova çıxmaq ən yaxşı istirahət növüdür.

Emersonların meşələri özəl əmlak növü olmağına baxmayaraq ictimaiyyət üçün açıqdır. Hər kəs bu meşələrdə balıq tuta, velosiped sürə bilər, piyada turizmlə məşğul ola bilər, lakin ərazidə gül və ya meyvə dərmək, ot və göbələk yığmaq qadağandır. Eyni zamanda meşədə gecələmək və ocaq qalamaq da olmaz. 

2. Ted Törner

Ona məxsus ümumi torpaq sahəsi: 809 min hektar

“CNN” telekanalının təsisçisi Ted Törner uşaqlıqdan ova getməti, balıq tutmağı və meşədə gəzməyi sevib. Milyarderin sözlərinə görə bir dəfə qonşunun ərazisində icazəsiz dələ ovladığı üçün polisə də düşüb. Bu hadisədən sonra Ted özünə söz verdi ki, nə vaxtsa pul qazanıb, varlı şəxs olanda özünə torpaq sahəsi alacaq. Ted sözünü tutdu, bu gün o ABŞ-ın ən böyük Amerikanın ən böyük özəl torpaq sahibləri biridir.

Törnerin ən sevimli istirahət məkanı “Vermedjo Park” rançosudur. Boş vaxtının çox hissəsini ted burada keçirir. Rançonun ortasında 1 əsr bundan öncə tikilmiş dəbdəbəli imarətində Ted Törner siyasətçiləri, zadəganları, dünya şou-biznes ulduzlarını qonaq qəbul edib. “Pırastoy vətəndaşlar” da gecəsinə 550-650 dollar ödəməklə imarətin otaqlarının birində yaşa bilərlər.

Bir müddət öncə Ted Törner ekoturizm biznesinə baş vurub. Sahibkarın “Vermedjo Park” daxil olmaqla digər 3 rançosu ictimaiyyət üçün açıq elan edildi. Artıq hər kəs bu ərazilərdə balıq tuta, veloidmanla məşğul ola bilər. Rançolarda bundan əlavə ekoturistlər üçün piyada turizm və fotosafarilər də nəzərdə tutulub.

Milyarder öz şəxsi torpaqlarını təbiətlə təkbətək qalmaq mümkün olan milli parka çevirmək fikrindədir. 

1. Con Maloun

Ona məxsus ümumi torpaq sahəsi: 890 min hektar

ABŞ-ın ən böyük özəl torpaq sahibkarları sıralamasında birinci yer Con Malouna məxsusdur. O, “Liberty Media” korporasiyanin təsisçisi,  dünyanın 100 ən varlı adamlarından biridir. Malouna Vayominq, Nyu-Meksiko və Kolorado ştatlarında geniş torpaq sahələri və Men ştatında meşə sahələri məxsudur.

Ona məxsus torpaq sahələri Manhettenin ölçüsündən 150 dəfə və 1 milyon əhalisi olan Rod-Aylend ştatının ərazisindən 3 dəfə böyükdür. Men ştatında milyarderə məxsus torpaqlar ştatın 5% ərazisi təşkil edir.

Maloun torpaq sahibkarları arasında yeni simadır. O, 2011-ci ildə Men və Nyu-Hempşerdə 485 min hektar torpaq ərazisi satın alaraq ABŞ-ın ən böyük özəl torpaq sahibkarı adı qazandı. Maloun bizim haqqında əvvəlcə məlumat verdiyimi Ted Törnerin yaxın dostudur. Sahibkarın sözlərinə görə məhz Törner onu “torpaq sevgisi” ilə yoluxdurdu. Milyarder deyir ki, maliyyə məqsədləri və ekologiya məsələlərindən əlavə  üfiqə qədər uzanan, özünə məxsus ucsuz-bucaqsız torpaqları seyr etmək ona xoşbəxtlik hissi verir.

Mənbə: dom.lenta.ru




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir