Yay aylarında səhərlərin ağcaqanad sancması ilə açılması halları ilə çox rastlaşırıq. Eyni məkanda olsaq da, həmin həşərat bəzilərini daha çox sancır, bəzilərinə isə demək olar ki, toxunmur. Alimlər ağcaqanadların daha çox kimi sancması ilə əlaqədar araşdırma aparıblar. Məlum olub ki, onlar yalnız ehtiyaclarını ödəyə bildiyi insanlara doğru uçurlar. Cəlbedici və xoş qoxulu bədənə malik olanlar ağcaqanadların daha çox hədəfinə çevrilirlər.
Həkim-terapevt Sübhan Hacıyev deyir ki, daha çox qanı soran dişi ağcaqandlardır, çünki yumurtlama prosesində insan qanında olan zülala ehtiyac duyurlar. Ağcaqanad sancdıqda müəyyən infeksion xəstəliklər də insana keçirə bilər. Bəzi insanlarda afrodiziak dediyimiz bədən qoxuları var və onlar təxminən 50 metr məsafədən həmin qoxunu hiss edirlər.
Bəzi araşdırmalara görə, dərisində çoxlu mikrob olanlar ağcaqanadlar üçün daha az cəlbedicidir. Bədən istiliyi yüksək olanlar da potensial qida mənbəyi hesab edilir. Digər bir səbəb isə spirt istehlakı ilə əlaqədardır. Xüsusilə pivə içənlər içməyənlərə nisbətən ağcaqanad hücumlarına daha çox məruz qalırlar. Mütəxəssislərin dediyinə görə, həmin həşəratları zərərsizləşdirmək üçün istifadə olunan dərmanlar kimyəvi tərkiblidir və orqanizmə toksik təsiri var. “Ağcaqanadlardan qorunmaq üçün müəyyən krem və spreylər var və onlar həmin həşəratlara xoş gəlmir. Yandırılan kəskin tüstülü maddələr də var ki, ağcaqanadları boğur. Onların ağciyəri olmadığı üçün karbon qazının verilməsi prosesi pozulur və bu da onları məhv edir. İnsanlarda isə həmin proses ağcaqanadlar tərəfindən təmizlənir və müəyyən bir ziyan da törədir. Məsələn, tənəffüs yolları bronxlarının spazmı, öskürək, bir qədər ağırlaşanda isə allergik tutma kimi xəstəliklərə səbəb ola bilər”,- deyə həkim-terapevt əlavə edir.